İşin təsviri
Vəzifə öhdəlikləri:
- Xizək kirayə mərkəzindən kirayə götürülmüş vasitələrin geri alınmasına və istismara yararlılığını yoxlamaq;
- Qış mövsümündə işçilərə xizək, snowboard və xizək geyimi vasitələrinin verilməsini təşkil etmək və uyğun qaydada uçotunun aparılması;
- Mövsümün sonunda xizək kirayə mərkəzlərində inventarların sayımının həyata keçirilməsi;
- Mövsümün sonunda işçilərə təhkim olunan xizək və xizək avadanlıqlarının təhvil verilməsi prosesini həyata keçirmək;
- Müştərilərin şəxsi təhlükəsizliyini təmin etmək məqsədilə seçilmiş xizək və xizək avadanlıqları ilə bağlı təhlükələri müəyyən etmək və riskləri aradan qaldırmaq;
- Müştərilərin təlim üçün müvafiq qaydada geyindiyini və avadanlıqlar ilə təchiz edildiyini, təhlükəsizlik qaydaları ilə tanış olmasına və müvafiq formanın imzalanmasını təmin etmək;
- Hər hansı müştəri şəxsi istəyi ilə özünəməxsus olan xizək və xizək avadanlıqlarını götürməyə üstünlük versə belə avadanlıqların təhlükəsizliyini və münasibliyini qiymətləndirmək və onların şəxsi rahatlıq baxımından sazlandığından əmin olmaq;
- Müştərilərlə ünsiyyət zamanı professional danışıq və nitq mədəniyyəti qaydalarına riayət etmək;
- Müştərilərdən daxil olan suallarla bağlı mütəmadi təhlillərin aparılması, aidiyyəti struktur bölmələrdən tələb olunan məlumatların toplanması, fəaliyyət sahəsi üzrə müştərilərə yüksək səviyyədə xidmətlərin göstərilməsinin təmin edilməsi;
- Xizək mərkəzi daxilində məlumatverici lövhələrin tələblərə və standartlara uyğun olduğuna nəzarət etmək;
Tələb olunan bilik, bacarıq və təcrübə:
- Xizək və ya snowbord sürmə bacarığı
- MS Office, Outlook (istifadəçi səviyyəsi), MS Excel (sadə formulalarla işləmək)
- Müvafiq sahələrdə 1 il idarəedici səviyyədə iş təcrübəsi
- Yüksək səviyyədə Azərbaycan və rus dili, orta səviyyədə ingilis dili;
- Yazılı və şifahi ünsiyyət bacarığı;
- Müştəri fokuslu və yüksək müştəri məmnuniyyəti əldə etməyə yönümlü;
- Nitqində qüsur olmamalı
- Diqqətli, punktual, səbirli və məsuliyyətli olmalı
- Ünsiyyət qurma və izah etmə qabiliyyəti
- Yüksək işgüzarlıq qabiliyyəti və kollektivlə işləmək bacarığı.
Qeyd: İş yeri Qəbələ şəhərində yerləşir.
Maraqlanan namizədlərdən öz CV-ni Word və ya pdf formatında mövzu hissəsində İşin adı (Xizək mərkəzinin rəhbəri) göstərilməklə göndərmələri xahiş olunur.
Yalnız tələblərə uyğun hesab edilən namizədlərlə əlaqə saxlanılacaq.