İşin təsviri
Öhdəliklər:
- Tikinti layihələrinin icrası üçün standartların, prosedur və qaydaların, işlərin icrası axınlarının müəyyən edilməsi;
- Mövcud layihələrin proqres hesabatlarını təqdim etmək;
- Tikinti layihələrində keyfiyyət meyarlarının müəyyən edilməsi;
- Layihə tapşırıqlarının düzgünlüyünə texniki nəzarət etmək;
- Layihənin düzgün və qüvvədə olan norma və standartlara texniki cəhətdən uyğun icrasına nəzarət etmək;
- Layihənin smetasının həcm və qiymətlərinin təhlili;
- Layihənin icra planının razılaşdırılmış qrafikə uyğun icrasına nəzarət, gecikmələrin qarşısını almaq üçün tədbirlərin görülməsi;
- Layihələrdə aparılan sənədləşməni layihə tələblərinə, qüvvədə olan norma və standartlara, digər rəhbəredici sənədlərin tələblərinə uyğunluğu yoxlamaq;
- Layihələrdə yerinə yetirilən işlərin və istifadə olunan material və avadanlıqların layihə tələblərinə, qüvvədə olan norma və standartlara, digər rəhbəredici sənədlərin tələblərinə uyğunluğu yoxlamaq;
- Layihələrin icrası zamanı təqdim olunan aktların qiymət və həcmlərinin təhlili;
- Layihələndirmənin ilkin icazə sənədlərinin, razılaşmalarının, texniki şərtlərin mövcudluğunu yoxlamaq;
- Yerinə yetirilmiş iş həcmlərinin, disiplinlər üzrə layihə və smeta sənədləri ilə uyğun icra olunmasının yoxlanılması;
- Təhvil-təslim zamanı tikilinin istismara qəbulu aktının və digər sənədlər toplusunun mövcudluğunun yoxlanması, çatışmazlıqların aradan qaldırılmasına nəzarət etmək;
- Vəzifə və funksiyaların uyğun olaraq tapşırıqların icrasını təmin etmək.
Tələblər:
- Mühəndislik ixtisasları üzrə ali təhsil;
- Yaşayış binaları, otellər, iş mərkəzləri və digər obyektlərdə tikinti üzrə minimum 5 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis – yaxşı;
- Kompüter bacarıqları: MS Office proqramları, AutoCad;
- Yüksək idarəetmə və təqdimat bacarığı;
- Yüksək analitik düşüncə bacarığı.
- Ali təhsil;
- SƏTƏM və ya əməyin təhlükəsizliyi üzrə ən azı 5 illik iş təcrübəsi;
- məsuliyyətli və intizamlı.
İş şəraiti:
- 6 günlük iş qrafiki;
- İş yeri: Gəncə şəhəri;
- Əmək haqqı: Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Layihə Rəhbəri” yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.