Mühasib

İşin təsviri

İş barədə məlumat:

  • Mühasibatlıq uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
  • Vergi və mühasibat uçotunun aparılması;
  • Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
  • Debitor və kreditor hesablaşmalarının aparılması;
  • Əmək haqqının, məzuniyyətin hesablanması;
  • Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və.s.;
  • Mal-materialların uçotunun aparılması;
  • İdxal və ixrac əməliyyatlarının uçotunun aparılması, maya dəyərinin hesablanması;
  • Gündəlik və aylıq hesabatların tərtib edilməsi;
  • Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;
  • Aylıq daxili maliyyə hesabatlarının hazırlanması;
  • Vergi orqanlarına daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
  • Aylıq,rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi.

Namizədə tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • 1C (8.3) proqramında işləmək bacarıqları;

İş şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • İş qrafiki: gün ərzində 8 saatdan, həftə ərzində 40 saatdan çox olmayan iş rejimi;
  • Karyerada inkişaf imkanları.

Əmək haqqı: 800 -1200

Müraciət etmək istəyən namizədlər CV formalarını mövzu hissəsinə “Mühasib” qeyd edərək [email protected] email ünvanına  göndərə bilərlər.

site.company_rating