İşin təsviri
Vəzifə funksiyaları:
- Mühasibat uçotunun düzgün və səmərəli təşkil edilməsi, hesablama texnikasının geniş tətbiq olunması, mühasibat uçotunun forma və metodlarının tətbiq edilməsi
- Əmlakın, habelə digər aktivlərin və öhdəliklərin uçotunun vaxtında və düzgün aparılmasının, hesabatın düzgün və vaxtında tərtib edilməsinin, maliyyə nəticələrinin uçotunun vaxtında lazımi instansiyalara təqdim edilməsinin təmin edilməsi
- Hər ay və hesabat ilinin sonuna yaxın malsatanlarla debitor və kreditor borclara dair üzləşdirmə aktlarının yığılmasına nəzarət
- Maliyyə (IFRS), Statistika, DSMF, vergi, və s. hesabatların düzgün hazırlanması və vaxtında aidiyyəti orqanlara təqdim edilməsi
- Mühasibat məlumatlarının, ilkin uçot sənədlərinin, mühasibat uçotu reyestrlərinin və istifadəsində olan bütün xidməti məlumatları məzmununun məxfiliyinin qorunması
- Şöbəyə daxil olan ərizə, təklif və şikayətlərin araşdırılması və cavablandırılması
- Tabeliyində olan iki əməkdaşın işinə rəhbərlik edilməsi
- İmtahan və tədbirlərin rentabelliyinin hesablanması üçün xərc və gəlir mərkəzləri üzrə təfsilatlı uçot aparılması, xərc və gəlir topluların formalaşdırılması və tədbirlərə bölüşdürülməsi
- Mühasibat dövrünün bağlanılması, Vergi və Maliyyə uçot növləri üzrə tam dövriyyə-saldo cədvəllərinin aparılması
- Vergi planlanması və optimizasiyası
- Avtomatlaşmış uçot sistemlərinin tətbiqi və təkmilləşdirilməsi
- Mərkəzin Daxili auditi, Maliyyə hesabatlarının kənar auditi, və digər kənar maliyyə yoxlamalarının məlumat tələblərinin operativ və keyfiyyətli yerinə yetirilməsi
Tələblər:
- Ali təhsil.
- Yuxarıdakı funksiyaları icra etməklə azı 2 il iş stajı.
- MS Windows, MS OneDrive, MS Office 365 yüksək səviyyədə (xüsusən Outlook, Excell, o cümlədən bulud həlləri və mobil tətbiqləri), Excell-də avtomatlaşmış təhlil və maliyyə hesabatlarını yığma bacarığı, Avtomatlaşmış mühasibat uçotu proqram təminatından hesabatları formalaşdırmaqla istifadə təcrübəsi.
- Beynəlxalq standartlara görə maliyyə hesabatlarını yığmaq bacarığı və bu sahədə tanınan peşəkar sertifikasiya.
- Vergi qanunvericiliyi biliyi və mənfəət vergisi bəyannaməsinin tərtib və təqdimetmə təcrübəsi.
- Xarici dillər: İngilis, Rus.
İş şəraiti:
- Tabeçiliyi – Maliyyə direktoruna
- Sınaq müddəti – 3 ay
- Full-time, yeni inzibati binada
- Əmək haqqı, aylıq gross 2500-3700 (Xalis 2000-3000) manat aralığında
- Tibbi sığorta paketi, ailə üzvləri daxil olmaqla.
- Həyat yığım sığortasından istifadə imkanı
Maraqlanan şəxslər iddia etdiyi vəzifənin adını mövzu yerində qeyd etməklə [email protected] email adresinə CV göndərə bilər.
Son tarix: 10 noyabr 2021
Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.
http://dim.gov.az/center/vacancy/