İşin təsviri
Vəzifə öhdəlikləri:
- Vizual Merçendayzinq standartlarını mağazada tətbiq etmək
- Mağazada mövsümə uyğun məhsulların və yeni kolleksiyaların nümayişini təşkil etmək
- Mağazada malların çeşidlərinin və ölçülərinin mövcudluğunu təmin etmək
- Bölmədə məhsulun üzərindəki qiymət, ölçü və siqnalizasiyaların mövcudluğundan əmin olmaq
- Rəhbərliyin tapşırıqlarını yerinə yetirmək , işi ilə əlaqəli şöbələrlə koordinasiyalı iş görmək
Namizədə tələblər:
- Təcrübə: Geyim mağazalarında merçendayzer kimi azı 2 il iş təcrübəsi
- Dil bilikləri: Azərbaycan dilini səlis bilmək (Rus və İnglis dili arzu olunandır)
- MS Office proqramlarında sərbəst işləmək
- Geyim və ölçü meyarlarını bilmək
- Dəb sahəsindən məlumatlı olmaq
- Bəy namizədlərə üstünlük veriləcək
Uyğun namizədlərdən vəzifə adını qeyd etməklə CV - lərini göndərmələri xahiş olunur.