Marketinq direktoru

  • Brend House
  • Elanın qoyulma tarixi: 21.05.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Şirkətin marketinq və media strategiyalarının hazırlanmasında, konseptin formalaşdırılmasında iştirak etmək;
  • Şirkətin marketinq məlumat baza sisteminin qurulmasını təmin etmək;
  • Bazarda trendlərin, rəqiblərin və bazar payının analiz etmək;
  • Şirkətin ətraf mühitinin və daxili imkanlarının analiz edilməsi və yeni rəqabət üstünlüklərinin hazırlanmasını təmin etmək;
  • Marketinq sahəsində fəaliyyət planının hazırlamaq və rəhbərə təqdim etmək;
  • Yeni məhsulların bazara salınmasını təşkil etmək (yeni ideyalar,reklam,PR etmək bacarığı)
  • Şirkətin bazarda təqdim etdiyi bütün növ cari və yeni məhsullarının xidmət reklamını təşkil  etmək;
  • Şirkətin imicinin möhkəmləndirilməsi üçün bütün bilik və bacarıqlarını əsirgəməməlidir;
  • Şirkətin marketinq ehtiyaclarını müəyyənləşdirməlidir;
  • Daxili satış kanallarını (İnternet , SMS, Mobil, Web portalları və s) müəyyən edərək, strategiya və inkişaf planı layihələrini hazırlanmasında iştirak etməli, təhlillər aparmalıdır;
  • Şirkət üzrə brend istifadəsinə nəzarət
  • Şirkətin reklam kampaniyalarının hazırlanmasıda iştirak və tədbiq edilməsinə nəzarət etməlidir;
  • Öhdəliyində olan kampaniyaların hazırlanması və idarə edilmə prossesi barəsində hesabat hazırlanmalıdır;
  • Şirkətin PR və Reklam siyasətinin hazırlanması;
  • Reklam və PR sahəsində təbliğat kanallarının seçilmə kriteriyalarının hazırlanması;
  • PR və Reklam işlərinin aparılması;
  • Gələcək marketinq strategiyalarını formalaşdırmağa kömək etmək üçün marketinq məlumatlarının (kampaniya nəticələri, dönüşüm dərəcələri, trafik və s.) təhlilini aparmaq;
  • Marketing büdcəsini rüblük, illik hazırlanması və effektiv idarə olunması;
  • Marketinq xərclərinin analizi və təkmilləşdirilməsi;

Namizədə dair tələblər:

  • Ali təhsil;
  • Yüksək səviyyədə komputer bilgiləri;
  • Rus və ingilis dillərini sərbəst bilməli;
  • Yaş həddi 25-45 arası;
  • Marketinq sahəsində min 5-10 il təcrübə
  • Dijital marketinq sahəsində iş təcrübəsi üstünlükdür.
  • Xaricdə iş təcrübəsi üstünlükdür.

Şəxsi keyfiyyətlər:

  • Yaradıcı, məsuliyyətli, kreativ olmalı, kollektivlə işləməyi bacarmalıdır;
  • Problem həlletmə, idarəetmə bacarığına, müstəqil qərarvermə və ünsiyyət qabiliyyətlərinə malik olmalı, təşəbbüskarlığı yüksək səviyyədə olmalıdır;
  • Dəqiq, qərəzsiz olmalı və analiz, təklif vermə qabiliyyətinə sahib olmalı;

İş yeri və iş şəraiti haqqqında:

  • “Nur Collection”MMC
  • Ünvan: Bakı, Azərbaycan, Masazir qəsəbəsi, Əliağa Vahid 1B
  • İş vaxt: 6 günlük iş qrafiki
  • 09:00-18:00-dək 
  • İstirahət vaxtı: Bazar günü
  • Nahar şirkət tərəfindən təmin edilir.
  • Əmək haqqı: müsabiqə zamanı bildiriləcək 

Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adlarını qeyd etməklə öz CV-lərini elektron ünvanına göndərə bilələr

Əlaqə nömrəsi: 051 233 73 31

Brend House tərəfindən digər vakansiyalar