Mühasib (Moldova layihəsi üçün)

  • AGE LLC
  • Elanın qoyulma tarixi: 14.09.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

- Ali təhsil (Maliyyə - Mühasibatlıq sahəsi üzrə olması arzu olunandır)
- Rus dili - əla (mütləqdir), İngilis dili – orta
- Tikinti sferasında mühasibatlıq üzrə 3ildən az olmayaraq iş təcrübəsi

İşin təsviri:

- Bank və kassa əməliyyatlarının uçotu, ödəniş əməliyyatları
- Alış əməliyyatlarının uçotda əks etdirilməsi, üzləşmələrin aparılması
- Əmək haqqının hesablanması
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
- Material və ehtiyyat hissələrinin silinməsi,
- Mühasibat sənədlərinin tərtib olunması, saxlanılması, qorunması
- Təhtəl hesabların uçotu
- Mütəmadi hesabatların hazırlanaraq baş ofis rəhbərliyinə təqdim edilməsi

Şərtlər:

- Həftədə 6 günlük iş rejimi
- Ev təminatı
- Nahar şirkət tərəfindən təmin edilir.
- Yol xərcləri və Covid-19 testi şirkət tərəfindən qarşılanır.
- 6 aydan bir 15 gün müddətinə Azərbaycana gəlişin təmin edilməsi.

Uyğun namizədlər CV-lərini [email protected] ünvanına göndərə bilərlər.