Maliyyə hesabatları şöbəsində böyük iqtisadçı

İşin təsviri

Tələb olunan təhsil istiqaməti/ixtisası: Maliyyə, mühasibatlıq
Tələb olunan minimum təhsil dərəcəsi: Bakalavriat
Tələb olunan minimum əmək stajı: 3 il
Tələb olunan komputer bilikləri: MS Office - yaxşı; 1C – yaxşı.
Tələb olunan xarici dil bilikləri: İngilis dili – sərbəst.

Vəzifə üzrə tələb olunan biliklər :

- Beynəlxalq mühasibat uçotu standartları (International Financial Reporting Standards-IFRS) üzrə biliklər;
- Azərbaycan Respublikasının Vergi Məcəlləsi üzrə biliklər;
- Sahə ilə bağlı qanunvericiliyin tələbləri üzrə biliklər.

Tələb olunan fərdi keyfiyyət göstəriciləri:

Ümumi fərdi keyfiyyət meyarları:
- Motivasiya;
- Komanda işi;
- Nəticəyönümlülük;
- Etibar yaratma;
- Məsuliyyətlilik.

Funksional fərdi keyfiyyət meyarları:
- Planlaşdırma;
- Analitik düşüncə;
- Diqqətlilik.

Digər tələb və üstünlük göstəriciləri:

- Beynəlxalq sertifikata (ACCA/DipIFR ) malik olan namizədlərə üstünlük verilir.
- Rus dili biliyinin olması arzu olunandır.

Vəzifə öhdəlikləri:

- Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə yarım illik və illik maliyyə hesabatlarının hazırlanmasının təmin edilməsi;
- Kənar auditorların məlumat təminatında iştirak edilməsi;
- Hesabat prosedurlarının daxili nəzarət tələblərinə və beynəlxalq maliyyə hesabatı standartlarına cavab verəcək şəkildə icra edilməsi;
- Daxili hesabat sisteminin inkişafı prosesinə töhfə verilməsi və bu prosesin davamlı təkmilləşdirilməsinə dəstək olunması;
- Təqdim olunan məlumatların dəqiqliyi, düzgünlüyü və tamlığının təhlil edilməsi;
- Sənədlərin, ona məlum olan əməliyyatların və xidməti tapşırıqların məxfiliyinin qorunması;
- Birbaşa rəhbər tərəfindən verilmiş digər tapşırıqların (maliyyə təhlilləri, müxtəlif məlumatların toplanması və s.) yerinə yetirilməsi.

Son müraciət tarixi: 31.08.2021
Müraciət üçün link: https://career.ady.az/Vacancy/Get/1448#vp