Əsas vəzifə və öhdəliklər:
• Layihə sənədlərinə uyğun ümumi tikinti işləri üzrə layihə smeta sənədlərinin tərtibatı (Dəmir beton, daxili tamamlama, fasad, landşaft vb)
• Layihə/Spesifikasiya və Smeta arasındakı uyğunsuzluqları müəyyən etmək
• Layhəyə əsasən iş həcmlərinin çıxarılması
• Əsaslı tikinti-quraşdırma və təmir işləri üçün təklif və razılaşma qiymətləri hesablamalarını analiz etmək və smeta sənədini hazırlamaq
• Layihə icrası zamanı mövcud dəyişikliklərə əsasən smeta sənədlərinə düzəlişlərin edilməsi
• Layihə-smeta sənədlərin vaxtında təhvil verilməsini təmin etmək
• Hazırlanmış smetaya uyğun olaraq texniki nəzarətin həyata keçirilməsi
• Layihəyə dair aylıq texniki hesabatların hazırlanması (Forma 2, Forma 3, Xərc analizi)
• Podratçılar tərəfindən yerinə yetirilmiş işlərlə bağlı təqdim edilən hesabatların yoxlanılması
• Sahələrdən gələn texniki hesabatların yoxlanması
• Layihədəki büdcə risklərin analizi
Tələblər:
• Mühəndis / Memar ixtisası üzrə ali təhsil;
• Minimum 4-5 il müvafiq sahədə iş təcrübəsi;
• Yaş həddi: 25-45 yaş
• Müvafiq qanunvericilik aktları və normalarını bilmək;
• Dil: Azərbaycan, İngilis və Rus dilləri
• Komputer bilikləri: Excel və AutoCAD proqramları üstün səvviyyədə (Smeta + , Microsoft Project bilənlərə üstünlük verilir)
• İşə məhsuliyyətli yanaşmaq;
• Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf, hesabat yazma səriştəsi.
İş haqqında məlumat:
- Əmək məcəlləsinə uyğun sənədləşmə.
- İş qrafiki- 5 gün, lazım olsa şənbə günü-qısa gün.
- Əmək haqqı digər şirkətlərlə müqaisədə daha yüksək
- Nahar şirkət tərəfindən verilir.
Göstərilən tələblərə uyğun namizədlər mailin mövzu hissəsinə mütləq “ Aparıcı Smetaçı mühəndis” qeyd etməklə şəkilli CV-lərini (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.