Tələblər
- Yaş həddi : 28-40;
- Ali iqtisadi təhsil;
- Xəzinadar kimi ən az 3 il iş təcrübəyə malik olmaq;
- MS Office proqramları, xüsusən Exceli bilmək;
- Nağd pulla intensiv işləmə bacarığı;
- Riyazi hesablama aparmaq və analitik mühakimə etmək qabiliyyəti;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmaq.
Vəzifə öhdəliyi
- Pul vəsaitlərinin mədaxili və məxarici üzrə əməliyyatlar;
- Pul vəsaitlərinin hərəkəti hesabatının hazırlanması;
- Satış qaimələrinə, ödəniş qəbzləri üzrə əməliyyatlar;
- Müştəri hesablaşmaları üzrə əməliyyatlar;
- Gün ərzində kassaya daxil olan nağd pulların qəbul edilməsi;
- Gün ərzində aparılan əməliyyatlar üzrə mədaxil və məxaric sənədlərinə əsasən kassa qalığının çıxarılması.
İş şərtləri
- İş saatı: 09:00-dan 18:00-dək
- Əmək haqqı: 500-600 AZN
- Ünvan : Caspian Plaza, C.Cabbarlı 44, Bakı, AZ1065
Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini 15.07.2021-ci il tarixinədək [email protected] elektron ünvanına email-in mövzu hissəsində “Xəzinədar” yazaraq göndərmələri xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.