Kredit departamentinin rəhbəri

  • Company
  • Elanın qoyulma tarixi: 21.06.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əmək funksiyaları:

- Kredit departamentini idarə edir;
- Kredit departamentinin fəaliyyətini təşkil edir;
- Departament işçilərinin vəzifələrini müəyyən edir və onların işinə nəzarət edir;
- Kreditin verilməsi prosesini müəyyən edir və rəhbəri ilə razılaşdırır;
- Kreditin verilməsi planını hazırlayır, razılaşdırır və həyata keçirir;
- Kredit portfelinin inkişafı və yeni müştərilərin cəlb olunması üçün müvafiq tədbirlər görür;
- Yeni kredit məhsullarının yaradılmasında aktiv iştirak edir;
- Kredit departamentinin fəaliyyətini təhlil edir, bununla bağlı hesabat və təkliflər hazırlayır;
- Ona təhkim olunan əmək funksiyalarını peşəkarlıqla və keyfiyyətlə icra edir.

Tələblər:

- Risk, analitika və/və ya underraytinq (underwriting) sahəsi üzrə 7-10 illik iş təcrübəsi, o cümlədən 2-3 il orta və ya yuxarı menecment təcrübəsi;
- Kredit verilməsi xərcləri və onun tərkib hissələrini başa düşmək və xərclərdə dəyişmələrin effektini analitik və intuitiv qaydada nəzərə almaq bacarığı;
- Risk hesabatlıq sistemləri, vintaj və miqrasiya analizləri, digər analitik hesabatları çıxarma qabiliyyəti;
- Kreditlərin gecikmə səbəblərini analiz etmək bacarığı;
- Skoring və reytinq sistemlərinin iş prinsipi ilə tanışlıq, application, behavioral, collection və digər reytinq sistemələrinin hansı məqsədlə istifadə edildiyini başa düşmək;
- Beynəlxalq maliyyə, risk və analitika materialları ilə çox rahat tanış ola və işləyə biləcək səviyyədə ingilis dili bilikləri;
- MS Excel və digər hesabatlıq üçün istifadə oluna biləcək proqram təminatları ilə iş təcrübəsi;

Şəxsi keyfiyyətlər:

- Yüksək səviyyədə analitik düşünmə qabiliyyəti;
- Liderlik keyfiyyətləri;
- Diqqətli və məsuliyyətli.

Əmək şəraiti:

- İş günləri: həftənin I-V günləri, iş vaxtı: 09:00-18:00
- Korporativ telefon;
- Əmək haqqı (vəzifə maaşı, mükafat və s.): 7000 – 10000 AZN

Qeyd olunan tələblərə uyğun namizədlərdən xahiş olunur ki, məktubun mövzu hissəsində Kredit departamentinin rəhbəri qeyd edərək CV-ləri [email protected] ünvanına göndərsinlər.