• Əmək haqqı: 600 AZN
• Staj: 1 ildən
• Yaş həddi: 22 — 40 yaş
• Təhsil: Ali
• İş rejimi: Tam iş günü
• Müqavilə: Əmək müqaviləsi
• E-mail: [email protected]
Namizədə tələblər:
- Ali təhsil (riyazi və ya iqtisadi sahə üzrə bitirənlərə üstünlük veriləcəkdir)
- Kadrlar şöbəsində işləmə bacarığı
- Azərbaycan və Rus dilləri biliyi
- MS Office və 1C proqramlarında işləmək bacarığı
- Dürüstlük, dəqiqlik, intizamlılıq, effektiv ünsiyyət bacarığı
- Səlis nitq qabiliyyəti
- İşində məsuliyyətli
Vəzifə öhdəlikləri:
• İşçilərin şəxsi işlərinin hazırlanması və formalaşdırılması, onlarda əmək fəaliyyəti ilə bağlı olan dəyişikliklərin qeyd edilməsi;
• Əmək müqavilələrin və müqaviləyə əlavələrin hazırlanması;
• Əmək kitabçalarında vəzifə dəyişikliyi və kadr hərəkətinə müvafiq olaraq qeydlərin aparılması;
• Əmək qanunvericiliyini əsas tutaraq, bütün növ əmrlərin hazırlanması;
• Kadr kargüzarlığına dair sair sənədləşmələrin aparılmasının təmin edilməsi;
• Əməliyyatların daxili mühasibatlıq sisteminə işlənməsi
• İşçilərin qeydiyyata alınması
• İşçilərin əmək haqlarının normativ sənədlər əsasında ödənilməsini təmin etmək
• Ezamiyyətlərin, məzuniyyətlərin hesablanması
• Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
• Gələn və gedən məktubların qeydiyyatı və kargüzarlığın təşkili;
İş cədvəli
- Bazar Ertəsi – Cümə: 9:00 – 18:00, Şənbə 09:00 – 13:00
Maraqlanan namizədlər CV-lərini emailin mövzusunda “Mühasib köməkçisi” qeyd olunmaqla [email protected] ünvanına göndərə bilərlər.