Vəzifənin öhdəlikləri
• Şirkətin maliyyə-təsərrüfat fəaliyyəti üzrə ilkin sənədləşmənin aparılması, mühasibatlıq və vergi hesabatlarının hazırlanması və müvafiq orqanlara vaxtında təqdimatını həyata keçirtmək.
• DSMF və statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
• Debitor və kreditorlarla hesablaşmaların uçotunun aparılması
• Bank, Kassa, Əmək haqqı sənədlərinin işlənməsi, işçilərlə hesablaşmaların təmin edilməsi
• E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi
• Şirkətin əmlakı, öhdəliklərinin hərəkəti ilə bağlı ilkin və mühasibat sənədlərinin tərtib olunması qaydalarının düzgünlüyünə nəzarət edilməsi
• Şirkətin maliyyə vəziyyətinin analizi və müvafiq hesabatların rəhbərliyə təqdim edilməsi
İş şərtləri
• 500 - 800 AZN - Əmək haqqı müsahibə nəticəsi əsasında müəyyənləşdirilir
• İş qrafiki həftə içi 9:00 – 18:00, istirahət günü - şənbə, bazar
• AR qanunvericiliyinə əsasən sənədləşmə
• Koprorativ nömrə verilir
• Cavan və mehriban komandada işləmək fürsəti
Namizədə tələblər
• Ali təhsil (Mühasibat uçotu , maliyyə, iqtisadiyyat )
• 1C, MS Office proqramlarında işləmə bacarığı.
• Mühasib vəzifəsində minimum 2 il iş təcrübəsi
Maraqlanan namizədlərdən öz CV-lərini [email protected] poçt ünvanına, mövzu bölməsində vakansiyanın adını qeyd etməklə göndərmələri xahiş olunur. Seçilmiş namizədlər ardıcıl olaraq test və müsahibəyə dəvət ediləcəklər. Şifahi müraciətlərə (zənglərə) baxılmayacaq.