Mühasib (Restoran)

  • Resant Group
  • Elanın qoyulma tarixi: 30.03.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

• Mühasib restoranın Direktorunun əmrlərinə əsasən hər ay məzuniyyətlərin, ezamiyyətlərin, ixtisasartırma kurslarının, təhsil məzuniyyətlərinin və əmək qabiliyyəti olmamaq vərəqəsinin hesablamalarını həyata keçirir;
• Şirkətin müxtəlif mədaxil, məxaric orderlərı, ciddi hesabat blankları və s. rəsmi sənədlərin doldurulmasına və hərəkətinə nəzarət edir;
• Bütün növ ciddi hesabat sənədlərinin qeydiyyatını aparır;
• Şirkət tərəfindən ona həvalə olunmuş elektron poçt qutusuna mütəmadi olaraq nəzarət edir və elektron yazışmaların operativ cavablandırılmasını icra edir.

Namizədə bağlı tələblər:

• Təhsil-Ali;
• Restoran sahəsində ən azı 3 il iş təcrübəsi;
• Microsoft Office, 1C və İİKO proqramlarını əla səviyyədə bilməli;
• Qərarvermə, liderlik, innovativ idarəetmə, təşkilatçılıq və təşəbbüskarlıq bacarığı.

İş Şərtləri:

• İş vaxtı: həftədə 6 gün;
• Əmək haqqı:1700 AZN

Maraqlanan namizədlər mövzu yerində “Mühasib (Restoran)” yazmaqla öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.

site.company_rating