CNC operatoru

  • Metak
  • Elanın qoyulma tarixi: 06.12.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

CNC operatoru (Mexaniki emal sexi)

İşin təsviri:

• Rəqəmli Proqram İdarəetmə (CNC) — torna dəzgahlarını işə buraxmaq və istismar etmək;
• CNC-Torna dəzgahının sazlanması, verilmiş cizgilərə (tapşırığa) uyğun olaraq proqramların və texniki parametrlərin yazılması;
• Proqrama uyğun olaraq dəzgahın kəsici alətlərinin (kəsicilərin, burğuların, bıçaqların) və digər işləyən elementlərinin seçilməsi, alət bloklarına quraşdırılması, bütün bölmələrin və mexanizmlərin tənzimlənməsi;
• Pəstahların dəzgaha yerləşdirilməsi üçün tutucu patronun pəstaha uyğun sazlanması;
• Vaxtaşırı və mütəmadi olaraq kəsici alətlərə nəzarət, onların dəyişdirilməsi, lazımi qaydada və ölçüdə itilənməsi, emal olunan detalların ölçülərinin cizgilərə uyğunluğunun yoxlanılmasını həyata keçirmək;
• Nəzarət və ölçü əməliyyatları, işlənmiş detalların ölçüsünün texniki göstəricilərə uyğunluğunun ölçülməsi və nəzarəti;
• Siqnal lampaları və rəqəmsal ekranlar vasitəsilə dəzgahın düzgün işləməsinə nəzarət, kəsici alətin vaxtaşırı yoxlanılması;
• Təlimatlara və standartlara uyğun olaraq CNC-torna dəzgahlarını təmizləmək və onlara texniki xidmət göstərmək;
• CNC-torna dəzgahlarında baş verən qəzaları aradan qaldırmaq və sex rəisinə məlumat vermək.

Tələblər:

• Təhsil: Ali və ya orta texniki;
• Yaş həddi: 22 – 35 yaş;
• İstifadə edilən əlvan metalların xarakterik xüsusiyyətlərini bilməli;
• Ölçmə alətlərinin və ya avtomat sistemlərinin istismarını bilməli;
• Ölçmə işləri üçün bəsit riyazi biliklər;
• Təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarının tələblərinə uyğun işin təşkili;
• İş yerinin hazırlanması və təmizlənməsi.

İş şəraiti:

• İş qrafiki: növbəli
• Nahar və nəqliyyat xidməti şirkət tərəfindən təmin olunur.

Maraqlananlar saytda onlayn-anketi dolduraraq https://www.metak.az/resume/resume.php?vid=117 və ya [email protected] ünvanına CV göndərərək 30.12.2020 – ci il tarixinə kimi müraciət edə bilərlər.

Yalnız göstərilən meyarlara uyğun olan namizədlər müsahibəyə çağırılacaqlar.