Sumqayıt Kimya Sənaye Parkının (SCIP) ərazisində ilk rezident olaraq təməli qoyulan Azertexnolayn MMC ölkəmizin sənaye sahəsində mühüm işlərin görülməsində əməyi keçən şirkətlərdəndir. 2013-cü ildə istismara verilən şirkət ölkəmizdə sənaye infrastrukturunun inkişafı, onun mövcud potensialının daha da möhkəmlənməsi və müasirləşdirilməsi istiqamətində professional səylərini göstərməkdədir. Azertexnolayn MMC bu gün müasir texnologiyalara əsaslanan, ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən və eksport potensialına malik aşağıdakı məhsulların istehsalı ilə məşğuldur.
Azertexnolayn MMC-nin nəzdində olan zavodlarda su xətləri, təbii qaz xətləri, xam neft xətləri, svay, metal konstruksiya və s. üçün nəzərdə tutulan müxtəlif diametrli istehsal olunabilən polad və polietilen borular, paslanmaz metal hasarlar istehsal olunur.
Vakansiya: Texniki Avadanlıqlar Zavodunda “Laborant”
Əmək funksiyası:
Laboratoriyada məhsula dair keyfiyyət testlərini şərtnamələrə, müvafiq standartlara və daxili prosedurlara, təlimatlara əsasən icra etmək
Test nümunələrinin müvafiq qaydada saxlanılmasını təmin etmək
Test nəticələrini qeydiyyata almaq
Qeydlər apararkən yalnız KİS tərəfindən təsdiqlənmiş formalardan istifadə etmək
İstifadə etdiyi ölçü avadanlıqlarını rəhbəri tərəfindən lazım bilinərsə kalibrasiya etmək və kalibrasiya qeydlərini tutmaq
Tutulmuş qeydləri təhlükəsiz yerdə saxlamaq
İş ərzində müşahidə edilən uyğunsuzluqları vaxtında keyfiyyət nəzarət mühəndisinə bildirmək
Keyfiyyətin yaxşılaşdırılması üçün olan yığıncaqlarda və təlimlərdə aktiv şəkildə iştirak edir
Namizədə tələblər:
Metallurgiya və Kimya sahəsi üzrə ali təhsil
Sumqayıt şəhərində və ya Sumqayıt şəhərinə yaxın ərazilərdə yaşayan namizədlərə üstünlük veriləcək
Yalnız xanım namizədlərə üstünlük veriləcək
MS Office proqramlarını bilməlidir
Tələblərə uyğun gələn namizədlər CV-lərini “Laborant” başlığı altında qeyd edərək [email protected] və [email protected] ünvanına göndərmələri xahiş olunur.