İşin təsviri
Vəzifə öhdəlikləri:
- Qəbul olunan xammalın keyfiyyət göstəricilərini yoxlamaq və uyğun olanları saxlama silolarına göndərmək.
- Xaric olunan xammalın keyfiyyət göstəricilərini yoxlayaraq ərazidən çıxmasını təmin etmək.
- Aparılmış analizlərin qeydiyyatını aparmaq.
- Laboratoriya avadanlıqlarını yaxşı vəziyyətdə saxlamaq, onların tənzimlənməsini həyata keçimək.
- Laboratoriya analizlərini, proseslərin davamiyyətini təşkil etmək və analiz nəticələrinin, testlərin, ölçmə nəticələrinin qeydiyyatını aparmaq, müvafiq sənədlərə uyğun olaraq hazırlamaq.
- Profilaktik və dezinfeksiya işlərinin icra olunma qrafikinə, işçilərin sanitar-gigiyena tələblərinə əməl etməsinə, silo ərazisində və silolarda olan ziyanvericilərə, əraziyə daxil olmuş yabanı heyvan və quşların silolarda olan məhsullara xəstəlik yoluxdurmasının qarşısının alınmasına və müalicə tədbirlərinin həyata keçirilməsinə nəzarət etmək.
- Silolarda olan məhsulların analizlərinin sistematik qeydiyyatını aparmaq və məhsulların keyfiyyət göstəricilərini nəzarətdə saxlamaq və bu barədə Silo Supervayzerini məlumatlandırmaq.
Tələblər:
- Müvafiq sahə üzrə 1-2 illik təcrübə.
- Müvafiq sahə üzrə ali təhsilin olması üstünlükdür.
- MS Office proqramları üzrə biliklər.
- Məhsulun saxlanması, zərərvericilərə qarşı mübarizə və fumiqantların düzgün istifadəsi barədə biliklər.
- Əla ünsiyyət və komanda ilə işləmə bacarıqları.
Mövzü hissəsində vəzifənin adını- “Tərəzi/Laborant” qeyd edərək müraciətlərinizi email ünvanına göndərməyiniz xahiş olunur.
İş yeri: Samux
Hesabat verir: Silo Supervayzer
Müraciət üçün son tarix: 5 iyul 2024