Baş Mühasib Köməkçisi (Meyvəli Anbarı)
Vəzifə öhdəlikləri:
• Qüvvədə olan vergi qanunvericiliyinə uyğun olaraq ciddi hesabat sənədləri və electron qaimə fakturaların və elektron vergi hesab fakturalarının hazırlanması;
• Gündəlik satış üzrə mal çıxış sənədlərinin hazırlanması;
• Debitor və kreditor borcların uçotunun aparılması;
• Baş mühasibin tapşırıqlarını gündəlik olaraq yerinə yetirmək;
• 1C 8.3 proqramında uçotun aparılması;
• Anbar Əməliyyatlarına nəzarət etmək;
• Günlük Anbar qalığını yoxlamaq;
• Şirkətə gələn mal alış sənədlərinin (qaimələrinin), müştərilərdən köçürmə yolu ilə cari hesaba daxil olan ödəmələrin müvafiq qaydada yoxlanılıb müvafiq proqrama daxil edilərək gündəlik bank qalığının yoxlanılmasına nəzarət etmək;
• Maliyyə-mühasibat göstəriciləri və maliyyə durumunu göstərmək üçün zəruri halda milli və ya beynəlxalq mühasibat uçotu standartları əsasında hesabatlar hazırlamaq
Tələblər:
• Ali Təhsil (Mühasibatlıq, maliyyə, iqtisadiyyat)
• Minimum 1 il mühasibat, iqtisadiyyat, maliyyə, audit sahəsində iş təcrübəsi
• Kompüter bilikləri: MS Office/Excel, 1C proqramında mükəmməl işləmə bacarığı
• Mühasibat uçotunun milli və beynəlxalq standartları üzrə biliklər
• Vergi Məcəlləsi və Əmək Qanunvericiliyi üzrə yetərli biliklər
Maraqlanan namizədlər CV lərini mövzu yerində “Baş Mühasib Köməkçisi” adını qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.