Yer: Baş ofis
Departament: İR və İnzibati İdarəetmə
Vəzifə: Nəqliyyat sənədləri üzrə kargüzar
Vəzifənin adı: Nəqliyyat sənədləri üzrə kargüzar
Vəzifənin icmalı və məqsədi: Nəqliyyat Nəzarətçisini dəstəkləməklə, nəqliyyat fəaliyyətinin müxtəlif növlərinin təmin edilməsindən məsul olmaq
Məsuliyyət sahələrinə daxildir:
Vəzifə öhdəlikləri:
Şirkətin bütün əməkdaşlarına/qonaqlara nəqliyyat sorğularının koordinasiyasında yardım etmək, onlara vaxtında yazılı rəy vermək
“Coins” proqramında xidmətlərin ödənişi, avtobus və taksi icarəsinin ödənişi, sürücülərin iş vaxtından artıq işləməsi, parkinq haqqı və s. kimi bütün növ ödənişlərdə yardım etmək
Şirkətin bütün nəqliyyat vasitələrinə vaxtında benzin doldurulmasını təmin etmək
Bütün ödənişlərin statusu və təchizatçılarla müqavilələrin müddəti ilə bağlı Maliyyə Departamentinə vaxtında dəstək vermək
Bütün sürücülərin həftəlik yazılı gediş hesabatları və səfərqabağı hesabatlarını yazmalarını və bu hesabatları aylıq olaraq Nəqliyyat Nəzarətçisinə təqdim etmələrini təmin etmək
Şirkətin bütün minik və yük maşınları üçün Yol Polis İdarəsindən gələn sənədlərin rəsmiləşdirilməsində Nəqliyyat Nəzarətçisinə kömək etmək
Nəqliyyat Nəzarətçisinin sorğusu əsasında aylıq və ya illik daşıma hesabatlarının hazırlanmasına yardım etmək
Şirkətin bütün nəqliyyat vasitələrində yaranan texniki nasazlıqlar barədə məlumat vermək
Şirkətin bütün nəqliyyat vasitələrinin həftəlik taxometr məlumatları haqqında qeydiyyat aparmaq
Şirkətin nəqliyyat vasitələrinin jurnallarının (sürücülərin əlaqə məlumatları, identifikasiya nömrələri və s. daxil olmaqla) dəqiq şəkildə aparılmasını koordinasiya etmək
Şirkətin təhlükəsizlik tələblərinə uyğun olaraq bütün zəruri avadanlıqların mövcudluğunun yoxlanmasına kömək etmək
Daşınma ilə bağlı Risklərin Qiymətləndirilməsində iştirak etmək
Nəqliyyat vasitəsinin vəziyyətinin təhlükəsizlik standartlarına uyğun olub-olmadığını və nəqliyyat vasitəsinin təhlükəsizlik avadanlığının yerində və yaxşı işlək vəziyyətdə olub-olmadığını yoxlamaq
GPS sistemi ilə şirkətin bütün nəqliyyat vasitələrini müşahidə etmək və onlara nəzarət etmək
Şirkətin bütün nəqliyyat vasitələrinin sığortalanmasının və Kasko sığortasının koordinasiyasını aparmaq
Vəzifənin kvalifikasiyası
Biliklər
Bakalavr dərəcəsi
Maliyyə sahəsində iş təcrübəsi arzuolunandır
Excel/Microsoft Office, Outlook üzrə yüksək səviyyədə biliklər
Power Point proqramı üzrə ümumi biliklər
Azərbaycan və ingilis dillərində sərbəst, rus dilində yaxşı şifahi və yazılı ünsiyyət bacarıqları
Yol hərəkəti qaydalarını, Baş Dövlət Yol Polis İdarəsinin qaydalarını və s. yaxşı bilmək
Eyni anda birdən çox tapşırığı idarə etmək bacarığı
Gənc, səmimi, pozitiv kişi namizəd
Please, send your CV/Resume to [email protected] with "Nəqliyyat sənədləri üzrə kargüzar" subject.