Vəzifə adı: Barista (PART-TİME)
İş yeri: Bakı
İşəgötürənin adı: STORIES COFFEE
Vəzifə öhdəlikləri:
• Daxil olan müştəriləri salamlamaq
• Müştərilərə menyunu təqdim etmək və menyu (içki və şirniyyatların tərkibi) ilə bağlı sualları cavablandırmaq
• Sifariş qəbul edərkən detallara diqqət yetirmək (məsələn, qəhvə növü, süd və şəkərin miqdarı və s.)
• Hazır desertləri və içkiləri təqdim etmək
• Ödənişləri (nağd və kredit kartları) qəbul etmək, kassa əməliyyatlarını aparmaq
• İş yerini təmiz saxlamaq
• Qabların təmizliyini qorumaq və ehtiyyatda saxlamaq
• Menecerə müştəri rəylərini bildirmək və menyu üçün yeniliklərlə bağlı tövsiyyələr vermək
Tələblər;
• Elementar riyazi biliklərin olması
• Müştərilərlə işləmək bacarığı
• Səlis danışıq, yüksək ünsiyyət bacarıqları
İş haqqında:
İş qrafiki - həftənin 6 günü
İş saatları (5 saat) : 08:00 - 13:00 və ya 12:00-17:00 və ya 16:00-21:00
İş yeri: Elmlər, Hüseyn Cavid prospekti 186.
Vakansiya ilə bağlı tələbələr müraciət edə bilər.
Yuxarıdaki tələblərə uyğun gələn namizədlər CV-ləri [email protected] ünvanına göndərərək mövzu yerində vəzifə adı göstərməklə müraciət edə bilərlər.
QEYD: Vəzifə adı qeyd olunmayan müraciətlərə baxılmayacaqdır.