Mühasib

İşin təsviri

Vəzifənin adı: Mühasib

Vəzifə Təlimatları/Öhdəliklər:

•  Şirkətin mühasibatlıq işinin düzgün qurulması və planlaşdırılması;
•  Bank sənədlərinin (əmək haqqı hesablarının açılması ərizələri, ödəniş tapşırıqları və s.) hazırlanması və uçotu;
•  İllik maliyyə büdcəsinin hazırlanması  və xərclərə düzgün nəzarət;
•  E-qaimə fakturalarının yazılması və göndərilməsi;
•  Qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə vergi bəyannamələrinin, ƏDV, Mənfəət-zərər, Muzdlu iş, Mənbədə vergi və digər hesabatların hazırlanması və aidiyyatı qurumlara verilməsi;
•  Əmək haqqı və ona müvafiq vergi ödənişlərini həyata keçirmək;
•  Xəstəlik vərəqələri və məzuniyyətlərin hesablanması və qanunvericiliyə uyğun olaraq  ödənilməsi;
•  İlkin sənəd və hesabatların maddi məsul şəxslərdən nəzərdə tutulmuş müddətlərdə alınmasını və hesab sahələrinə uyğun qəbulunu,nəzarətini həyata keçirtmək; 
•  Şirkətin əmlak və öhdəliklərinin inventarizasiyasının həyata keçirilməsi qaydalarının təmin olunması.
•  Rəhbərlik tərəfindən mühasibatlığa dair verilən digər tapşırıqları icra etmək

Tələb olunan bilik və təcrübə:

•  Ali təhsil (iqitsadiyyat sahəsi üzrə);
•  Mühasibatlıqla bağlı mükəmməl qanunvericilik bilgiləri;
•  Azərbaycan dili sərbəst, Rus və İngilis dilləri yaxşı səviyyədə;
•  Maliyyə mühasibatlıq üzrə proqram təminatı;
•  Müvafiq sahədə 5 ildən az olmayaraq iş təcrübəsi.

 Tələb olunan bacarıqlar:

• İş planlama və təşkil etmə bacarığı
• Vaxtın idarə edilməsi
• Dürüstlük və analitik düşünmə bacarığı;
• Komandada işləmək bacarığı;
• Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri həll etmək bacarığına, yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq

Əgər sizin namizədliyiniz qoyulan tələblərə uyğun gəlirsə, tərcümeyi-halınızı mövzu yerində “Mühasib” vəzifəsini qeyd etməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaq.

Müraciət üçün son tarix: 28.01.2019