Risklərin idarəedilməsi Departamenti / mütəxəssis

  • Express Bank
  • Elanın qoyulma tarixi: 28.08.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə: Risklərin idarəedilməsi Departamenti / Kredit və bazar risklərinin idarə edilməsi şöbəsi / mütəxəssis

Tələblər:

- Ali iqtisadi və ya riyazi təhsil;
- Müvafiq sahə üzrə 1-1,5 il iş təcrübəsi;
- Azərbaycan və rus dillərində səlis danışıq bacarığı (İngilis dili biliyi arzu olunandır)
- Kompyuter proqramları üzrə biliklər;
- Analitik düşüncə;
- Bank əməliyyatları barədə ümumi biliklər;
- Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatasının normativ hüquqi sənədləri haqqında biliklər;
- SQL proqramı üzrə biliklər;
- Komandada işləmək bacarığı;

Vəzifə öhdəlikləri:

- Kredit risklərinin idarə edilməsi üzrə qaydaların, həmçinin onlara əlavə və dəyişikliklərin hazırlanması ilə bağlı təkliflərin verilməsi;
- Yaradılan yeni kredit məhsulları üzrə potensial risklərin müəyyən edilməsi və təkliflərin verilməsi;
- Bankın aktivlərinin təsnifləşdirilməsi və ehtiyatların yaradılması prosesində iştirak;
- İlkin xəbərdarlıq sisteminin qurulmasında iştirak;
- Departamentlə əlaqəli digər struktur bölmələrin sorğularının cavablandırılması və zəruri məlumat və arayışların verilməsi;
- Rəhbərlik tərəfindən tələb olunan digər hesabatların hazırlanması.

Biz sizə nələr təklif edirik:

- Azərbaycanın aparıcı banklarının birində iş;
- AR Əmək Məcəlləsinə uyğun əmək müqaviləsi;
- Stabil əmək haqqı;
- Əmək haqqı müsahibə nəticələrinə görə fərdi olaraq müzakirə edilir;
- Professional və maddi inkişaf perspektivləri;

Namizədlər CV-ləri [email protected] mail ünvanına göndərə bilərlər

site.company_rating