Vəzifə: Maliyyə departamenti /Büdcə və Maliyyə nəzarət şöbəsi/ Aparıcı mütəxəssis
Tələblər:
- Ali iqtisadi təhsil;
- Maliyyə sahəsində 3 il iş təcrübəsi;
- Güclü analitik qabiliyyət və riyazi düşüncəyə malik olması;
- Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
- Problemləri həll etmək bacarığı;
- MS Office proqramların mükəmməl bilik səviyyəsi;
- SQL bilikləri olan namizədlərə üstünlük verilir;
- ACCA/CIMA/CFA kvalifikasiyası olan namizədlərə üstünlük verilir;
- Azərbaycan, ingilis mükəmməl bilik, rus dilinin biliyi üstünlükdür;
Vəzifə öhdəlikləri:
- Rüblük, yarımillik və illik maliyyə hesabatların hazırlanması;
- Bank məhsullarının gəlirliliyinin hesablanması;
- Xərclərin optimizasiyası ilə bağlı analitik hesabatların hazırlanması;
- Bonus sisteminə müvafiq olaraq bonusların hesablanması, mütəmadi yenilənmələrin təmin edilməsi;
- Rəhbərlik üçün maliyyə təqdimatlarının hazırlanması;
- Büdcə icrasının monitorinqi və təhlil edilməsi;
- Şirkətin büdcəsinin hazırlanmasında və baxışdan keçirməsində iştirak etməli;
- Maliyyə uçotunda yarana biləcək uyğunsuzluqları aşkar edib, onları aradan qaldırmaq;
- Daxili tələbat üçün hesabatların tətbiqi və hazırlanması;
- Digər təşkilatlara təqdim edilməsi üçün hesabatların hazırlanması;
- Digər struktur bölmələrdən ünvanlanan sorğuların cavablandırılması.
Biz sizə nələr təklif edirik:
- Azərbaycanın aparıcı banklarının birində iş;
- AR Əmək Məcəlləsinə uyğun əmək müqaviləsi;
- Stabil əmək haqqı;
- Əmək haqqı müsahibə nəticələrinə görə fərdi olaraq müzakirə edilir;
- Professional və maddi inkişaf perspektivləri.
E - mail : [email protected]