MÜHƏNDİS
ƏMƏK HAQQI: 1000-1500 AZN
İş barədə məlumat
- İnşaat işlərinə, proseslərə və texniki xidmət işlərinə nəzarət etmək
- Tikinti-quraşdırma işləri ilə əlaqədar planın tutulması, işlərin istehsalat planına və normativ sənədlərə uyğun həyata keçirilməsinə nail olmaq
- Tikinti işlərinin texnoloji ardıcıllıqla həyata keçirilməsinə və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək
- Vaxt qrafikini və müştərinin tələblərini müəyyən etmək
- Tələb olunan bütün materialları, avadanlıqları yığmaq və onların müvafiq məqsədə uyğunluğunu yoxlamaq
- İşçi briqadalarının iş bölgülərini təyin etmək onların istehsalat tapşırıqlarını vermək
- İşlərə mühəndislik baxımından rəhbərlik etmək və s.
- İş rejimi - 6 günlük (şənbə günü 09:00-13:00-dək)
Namizədə tələblər
- Təhsil - Ali təhsil (müvafiq sahədə)
- 5-ildən artıq mühəndis vəzifəsində iş təcrübəsi
- Kompyuter bilikləri - MS ofice, Word, Excell, Autocad proqramlarını mükəmməl bilməli
- Dil bilikləri- Azərbaycan dili mükəmməl səviyyədə
- Komandada işləmək bacarığı
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “İnşaat Mühəndisi” şəklində göstərilməsi xahiş edilir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.