Satınalmalar üzrə Mütəxəssis

  • Agro Dairy
  • Elanın qoyulma tarixi: 14.05.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə: Satınalmalar üzrə Mütəxəssis

Bölmə: Təchizat

Ərazi: Bakı

İşin məzmunu       

- Uğur qazanmış namizədin “Agro Dairy” MMC-nin Bakı şəhərində yerləşən baş idarəsində “Satınalmalar üzrə mütəxəssis” (SM) vəzifəsinə təyin olunması nəzərdə tutulur.
- SM müəssisənin satınalma prosesini korrdinasiya etməli, təchizatla bağlı sorğu, tender və sifarişlərin həyata keçirilməsini və uçotunu təmin etməlidir.
- SM fəaliyyətini müəssisənin Maliyyə şöbəsi və digər şöbələrlə sıx qarşılıqlı əməkdaşlıq mühitində qurmalı və əməliyyatların ERP sistemində (COINS) uçotunu təmin etməlidir.

Vəzifə təlimatının xülasəsi 

- Satınalma prosesinin idarə olunması
- Tender və sorğuların hazırlanması və qiymətləndirilməsi
- Satınalma ilə bağlı sənədlərin düzgün tərtibinə nəzarət və sənəd dövriyyəsinin dəqiq icrası
- Satınalma müqavilələrinin hazırlanması
- Ödəniş tələblərinin hazırlanması və izlənməsi və s.

Minimal tələblər 

-  İngilis dili; Yaxşı (Upper İntermediate)
-  Müvafiq iş təcrübəsi: 3 il
-  Xarici ölkələrdən satınalmalarla bağlı iş təcrübəsi
-  Yüksək səviyyədə INCOTERMS, Gömrük və Mülki qanunvericilik bilikləri

Müraciət üçün son tarix 25 May 2015

Əlaqə CV-lər “SM” sözünü qeyd etməklə [email protected] ünvanına göndərilməlidir.

site.company_rating