Baş Mühasib

  • Mekan Group
  • Elanın qoyulma tarixi: 28.06.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə Tələblər:

  • Təhsil: Ali iqtisadi təhsil (Maliyyə, Mühasibat uçotu və İqtisadi təhsil sahələrdə bakalavr dərəcəsi);
  • İş təcrübəsi: Müvafiq sahə üzrə (İctimai iaşə müəssisələrində xüsusilə Restoran) 
  • 5 ildən az olmayaraq iş stajı ;
  • Yaş həddi : 35-50
  • Dil bilikləri: Azərbaycan və türk dillərində mükəmməl danışıq,ingilis və rus diliyi biliyi olanlara üstünlük veriləcəkdir ;
  • Kompüter bacarıqları: MS Office proqramlarını (yüksək səiyyədə EXCEL bilikləri) və 1C proqramını yüksək səviyyədə bilməli;
  • Vergi məcəlləsi, Əmək məcəlləsi, Mülki Məcəllə və digər qanunlar və qanunvericilik aktları üzrə biliklər ;
  • Bütün növ elektron vergi və dövlət portalları ilə işləmə təcrübəsi ;
  • Balansın çıxarılması üzrə biliklərə sahib olmalı ;
  • Dövlət hesabatların tərtib olunması ; 

İş Təsviri:

  • lkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
  • Vergi orqanlarına qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vergi hesabatlarını (ƏDV, ÖMV, əmlak, statistik hesabat, mənfəət vergisi və s. hesabatı) təqdim etmək; 
  • Müqavilələrin redaktə edilməsi və düzəldlməsi, aktların, hesab fakturaların, protokolların və digər növ mühasibat sənədlərini tərtib etmək;
  • Balans hesabatının aparılmasını təmin etmək;
  • Şirkətin bank hesabları (xəzinə) üzrə aparılan maliyyə və hesablama əməliyyatların operativ uçotunun aparılmasını təmin etmək;
  • Debitor-kreditor borcların təhlili,hesablaşmalar və vaxtı-vaxtında üzləşmələrin aparılması;
  • Mal-materialların,əsas vəsaitlərin hərəkətinə nəzarət edilməsi, onların mühasibat standartalarına uyğun uçotunun təmin edilməsi;
  • Xərclərin günlük uçotunun aparılması və proqrama işlənməsi, aylıq xərclər üzrə hesabatın təqdim olunması;
  • Sayımların yerli yerində olması - Restoranın barı və digər yerlərinin sayımının düzgün icrasına nəzarət etmək ;
  • Şirkətin maliyyə vəziyyəti, daxil olan pul vəsaitləri, keçirilən maliyyə əməliyyatları və debitorlar (kreditorlar) barədə məlumatları hazırlayıb rəhbərliyə təqdim etmək;

İş rejimi:

  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə;
  • Həftə içi 5 gün (Bazar ertəsi-cümə) ;
  • Saat : 09:00-dan -18:00-dək ;
  • Nahar vaxtı 12:30-13:30 ;
  • Ünvan :Bakı şəhəri,Bakı Dəniz Vağzalının inzibati binası ;
  • Əmək haqqı : 2300 Azn

Vakansiya üçün müraciət etmək istəyən uyğun namizədlər öz CV formasını [email protected] və ya [email protected] elektron poçt ünvanına göndərə bilərlər (elektron məktubun mövzu hissəsində “ Baş Mühasib” sözləri qeyd edilməlidir).

Yuxarıda göstərilən tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılıb müsahibə mərhələsinə dəvət olunacaq .

Mekan Group tərəfindən digər vakansiyalar