İşin təsviri
Vəzifə öhdəlikləri aşağıdakı kimidir:
- Bank və kassa ödənişlərinin həyata keçirilməsi (konvertasiya, əməkhaqqı ödənişləri, ölkədaxili və ölkəxarici ödənişlər və.s.);
- Müəssisənin əməliyyatlarının 1C mühasibatlıq proqramına daxil edilməsi;
- E-qaimələrin, təhvil-təslim aktlarının, müqavilələrin hazırlanması;
- Mühasib tərəfindən icra olunan əməliyyatlarda iştirak etmək və köməklik göstərilməsi
- Anbar qalığına nəzarət edilməsi;
- Debitor və kreditor borclara nəzarət edilməsi;
- Rəhbərliyə təqdim olunan bir sıra “şablon” hesabatların hazırlanması.
İş rejimi həftədə 5 gün, saat 10-dan 18-dəkdir.
İş yerində nahar verilir.
Ofis metronun “Bakmil” stansiyasının yaxınlığındadır.
Vakansiya yalnız kişi namizədlər üçündür.
Nəzərdə tutulmuş əmək haqqı məbləği 700-900 manat təşkil edir.
Yuxarıdakı şərtlər daxilində maraqlı olan şəxslər elektron poçtuna öz “CV”lərini göndərə bilərlər.