Aparıcı mühasib

  • Army Group
  • Elanın qoyulma tarixi: 12.06.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

  • Mühasibat uçotunu uçot siyasəti və Vergi Qanunvericiliyinə əsasən aparmaq;
  • Vergilər üzrə hesabatların tərtib/təqdim edilməsini təmin etmək;
  • Dövlət Sosial Müdafiə Fonduna hesabatların təqdim edilməsi və sosial ayırmaların hesablanmasını təmin etmək;
  • Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətinin uçotunu təşkil etmək və nəzarət etmək;
  • 1C 8.3 proqramında operativ uçotun aparılması;
  • Müvafiq dövlət orqanları ilə danışıqların aparılması;
  • Debitor və kreditor borclara nəzarət, mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini təmin etmək;
  • e-gov.az , e-taxes.gov.az və digər portallardan sərbəst şəkildə istifadə etmək; 

Namizədə dair tələblər:

  • Ali təhsil (Mühasibat, Maliyyə, İqtisadiyyat sahəsi üzrə); 
  • Sahə üzrə 5 il və üzəri iş təcrübəsi; 
  • Yaş həddi: 40 yaşadək
  • 1C (8.3 )  və MS Excel ilə yüksək səviyyədə işləmə bacarığı;
  • Dayanıqlı, məsuliyyətli, innovativ, operativ;
  • Vergi qanunvericiliyi üzrə yaxşı səviyyədə biliklərinin olması;

İş şəraiti:

  • Əmək haqqı: 2000 AZN;
  • İş saatı: 09:00/18:00;
  • 5 günlük iş həftəsi;
  • Nahar yeməyi şirkət tərəfindən qarşılanır;
  • Korporativ nömrə;
  • İş yeri: Bakı-Şamaxı şosesi, Cənub küç. 252

Yuxarıda qeyd edilən tələblərə uyğun namizədlər mövzu yerində “Mühasib (aparıcı mütəxəssis)” qeyd edərək, öz CV-lərini mail ünvanına göndərə bilərlər;

Əlaqə nömrəsi: 051 201 35 66