Layihəçi Memar

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Layihələndirilən obyektə dair tələbləri müəyyən etmək;
  • Layihə-smeta sənədlərinin işlənib hazırlanması və rəsmiləşdirilməsi üzrə standartlar, texniki şərtlər və digər rəhbər materiallar haqqında geniş məlumata sahib olmaq;
  • Yaşayış binalarının eskiz və işçi layihələrini hazırlamaq;
  • Layihə işlərinin  müəyyən olunmuş vaxtda yerinə yetirilməsinə riayət etmək,  keyfiyyət və səmərəlilik göstəricilərinin artırılmasını, eləcə də qəbul olunmuş layihə tapşırıqlarının layihələşdirmə və tikinti üzrə qüvvədə olan normativ materiallara uyğunluğunu təmin etmək;
  • Tikinti-quraşdırma işlərinin həcminin texniki-iqtisadi əsaslandırılmasına və hesablamaların tərtib edilməsinə, tikinti smeta dəyərini, tikintiyə lazım olan materialların, məmulatın  və avadanlığın tərkibinin  və miqdarının təyin edilməsinə  rəhbərlik etmək;
  • Layihənin  memarlıq hissəsinin  digər bölmələrlə əlaqəsini, lazımi texniki sənədlərin komplektliyi, layihələşdirmənin bütün mərhələlərində  materialların  həcminin azaldılmasını təmin etmək;
  • Layihələrin memarlıq  hissələrinin  (bölmələri) işlənib hazırlanmasında iştirak edən memar və texniklər arasında iş bölgüsü aparmaq, onların  işini  əlaqələndirmək;
  • Müxtəlif obyektlər üçün kompleks layihələrin memarlıq hissəsi (bölməsi) işləyib hazırlamaq;
  • Layihə təkliflərinin və şəhər, müəssisə, bina və qurğuların baş planlarının işlənib hazırlanması, müvafiq orqanlarla nəzərdə tutulmuş layihə həlli və tikintinin yerinə yetirilmə şərtlərini razılaşdırmaq və müdafiəsində iştirak etmək;
  • Layihə işlərinin müəyyən edilmiş vaxtda icrasını, keyfiyyət və qənaət etmənin yüksəldilməsini, habelə qəbul edilmiş layihə həllinin, layihələndirmə və tikinti üzrə qüvvədə olan normativ materiallara uyğun olmasını təmin etmək;
  • Subpodrat təşkilatlara texniki tapşırıqları işləyib hazırlamaq və tapşırılmış işin icrası üçün onları lazımı məlumatlarla təmin etmək;

Vəzifə üzrə bilik tələbləri:

  • Tikinti inkişafına, layihə və tikinti işlərinin aparılmasına aid yuxarı təşkilatların qərar, sərəncam və göstəricilərini, metodiki normativ və digər rəhbər materiallar;
  • Rayon planlaşdırılması sxemini və şəhərlərin baş planı;
  • Şəhərsalma və memarlıq tapşırıqlarının həyata keçirilməsinə dair bilikləri;
  • Layihələndirmənin metodları;
  • Layihə işlərinin təşkili və planlaşdırılması;
  • Tikinti materiallarının və konstruksiyaların növ və xüsusiyyətləri;
  • Layihə-smeta sənədlərinin işlənib hazırlanması və rəsmiləşdirilməsi üzrə standartlar;  
  • Texniki şərtlər və digər rəhbər materiallar;
  • Layihə və  tikinti-iqtisadi hesablamaların aparılması metodları;
  • Layihələndirmə və  tikinti işində qabaqcıl təcrübə;
  • Əməyin, istehsalat və idarəetmənin təşkili.

Tələblər:

  • Müvafiq sahə üzrə ali ixtisas təhsili;
  • Müvafiq sahədə ən azı 5 il təcrübə;
  • AutoCAD, MS Office, ArchiCAD, Revit proqramlarında işləmək;
  • Dil bilikləri: Azərbaycan, ingilis və rus dili;
  • Layihəyə nəzarət bacarığına malik olmaq;
  • Komandada işləmə bacarığı;

Əlavə məlumat:

  • İş qrafiki: 6 günlük iş qrafiki ilə təyin olunur. Bazar günü istirahət günüdür.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər növbəti elektron ünvana CV göndərə bilərlər.