İşin təsviri
Əsas vəzifə öhdəlikləri:
- Yeni mağazalarda ölçü işlərinin aparılması prosesindən sonra layihənin tərtib olunması prosesinə başlamaq;
- Hər xətti, hər ölçüləri detaylı incələndikdən sonra yeni mağazanın 2D yeni plan görüntüsü hazırlamaq və bu planı bəzi mağazalarda sıfırdan, bəzi mağazalarda isə bərpa edilərək hazırlanmasını təmin etmək;
- Layihə işlənilən zaman burada tikinti, yerləşim, elektrik, təhlükəsizlik kameraları, işıqlandırma planları öz əksini tapmaqdadır. İlk öncə yerləşim planı işləndikdən sonra aidiyyatı müvafiq struktura uyğunluq üçün göndərilməsi və layihənin təsdiqlənməsini təmin etmək;
- İnşaatın başa çatacağı tarixin dəqiqləşdirməsi və mağazanın hansı ayda açılış ediləcəyini planlamaq;
- Mağazada inşaat işləri bitənədək mağazalara ziyarət olunması və işlərin zamanında başa çatması üçün mülk sahibləri ilə mütəmadi olaraq təqibini aparmaq;
- Təmiri bitmiş mağazaların təhvil-təslimi üçün müvafiq şöbə və mülk sahibi ilə birlikdə təhvil-təslim aktı imzalamaq;
- Kondisioner yerləri, reklam montajı, kamera nəzarət yerləri aidiyatı birimlərə bildirmək
Tələb olunan bilik və bacarıqlar:
- Microsoft Office proqramlarında işləmək bacarığı;
- ArchiCad və yaxud Autocad
- Sketch up
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Ali təhsil (müvafiq sahə üzrə) ;
- Təcrübə 1-3il.
- Qeyd:Şəxsi avtomobil mütləqdir.
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46 D
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Şirkət hesabına nahar;
- Şirkət hesabına korporativ nömrə;
- Yanacaq xərci qarşılanır.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Sahə memarı” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.