İşin təsviri
İş barədə məlumat:
- Qanunvericiliyə və mühasibat uçotunun aparılması qaydalarına uyğun şirkətdə mühasibat uçotunu təşkili və təmini
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi
- Müştərilər tərəfindən təqdim edilən ödənişlərin uçotu və onlara gündəlik nəzarət
- Borcların ödənilməsinə mütəmadi nəzarət və hesabatların hazırlanması
- Gündəlik pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatların icrası, hesabatların hazırlanması, bank, kassa əməliyyatlarının uçotu
- Rəsmi hesabatların (vergi, DSMF, statistika) hazırlaması və vaxtında təqdim edilməsi
- Maaş, məzuniyyət, ezamiyyət və s. əmək haqqı ilə bağlı hesablamaların aparılması, ödənişlərin həyata keçirilməsi, arayışlar və digər əlaqədar sənəd dövriyyəsinin təşkili
- Bank əməliyyatlarının icrası, hesablar üzrə ödənişlərin həyata keçirməsi, e-qaimə, faktura və s. sənədlərin tərtibi və icrası
- Tələb olunan şirkətdaxili statistik hesabatları hazırlamaq
- Rəhbərliyə işi haqqında müvafiq qaydada həftəlik/aylıq hesabatların təqdimi
- İş rejimi: həftənin 6 günü; 09:00 - 19:00
- Əmək haqqı: 800 azn
- Rabitə xərcləri şirkət tərəfindən təmin olunur Namizədə tələblər:
- Maliyyə üzrə ali təhsil
- Peşəkar Mühasib Sertifikatı
- Sahə üzrə ən az 3 il iş təcrübəsi
- Mühasibat uçotunun və kargüzarlığının aparılması haqqında bilik
- Orta səviyyədə MS Excel proqramında işləmə bacarığı
- Müvafiq mühasibat uçotu proqramlarında, dövlət portallarında və e-bank sistemində işləmə bacarığı və iş təcrübəsi
- Əlaqədar qanunvericilik üzrə bilik
- Statistik məlumatlarla işləmə bacarığı və hesabatların hazırlanması üzrə iş təcrübəsi
- Analitik düşünmə və detallara diqqət qabiliyyəti
- Operativlik, məsuliyyətlilik və komandada işləmə bacarığı
Tələblərə uyğun şəxslər mövzu hissəsində “Mühasib” qeyd etməklə, CV-lərini qeyd olunmuş e-ünvana göndərə bilər.