İşin təsviri
Vəzifə öhdəlikləri:
- Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil və nəzarət edir.
- Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət edir.
- Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət edir.
- Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarət edir.
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasına, əmtəə mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət edir.
- Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin edir.
- Şirkətin gündəlik bank qalığının yoxlanılmasına nəzarət edir.
- Şirkət adından ödəmə aparılarkən köçürmə ərizələrinin, ödəmə sifarişlərinin və digər sənədlərin düzgün hazırlanmasına nəzarət edir.
- Fəaliyyəti ilə əlaqədar əməliyyatların aparılması və işlərin görülməsi ilə bağlı işəgötürənə vurduğu ziyana görə tam maddi məsuliyyət daşıyır.
- Fəaliyyəti ilə bağlı sənədlər dövriyyəsinin reallaşdırılmasını və imzalanmasını təşkil etməlidir.
- Fəaliyyəti ilə əlaqədar digər strukturlarla əlaqələndirməni təşkil etməlidir.
- Şirkətin etibarının qorunmasını, kommersiya sirrinin saxlanmasını təmin etməlidir.
- Mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşdirməni təmin etməlidir.
- Fəaliyyətinə həvəslə yanaşmalı, yaradıcı, enerjili, intizamlı təşkilatçılıq, kommunikabellilik nümayiş etdirməli, peşəsi ilə bağlı yeni texniki biliklər və təcrübələr toplamalı, sosial, təşkilati və fərdi psixoloji ovqatı qavramağı bacarmalıdır.
- Şirkətin məqsəd və hədəfləri istiqamətində çalışmaq.
Tələblər:
- Mühasibat uçotu, Maliyyə və ya müvafiq sahədə bakalavr dərəcəsi.
- PMS sertifikatı.
- Maliyyə təhlili, büdcə tərtibi, proqnozlaşdırma və variasiya təhlili ilə bağlı təcrübə.
- Mühasibat proqramlarında və MS Excel proqramlarında işləmə bacarığı.
- Əla analitik, problem həll etmə və qərar qəbul etmə bacarıqları.
- Güclü ünsiyyət və şəxsiyyətlərarası bacarıqlar, komandalarla effektiv əməkdaşlıq etmək bacarığı.
- Maliyyə hesabatlarında yüksək səviyyədə dəqiqlik və dürüstlük.
- Müstəqil işləmək, bir çox prioritetləri idarə etmək və məhdud müddətlərə cavab vermək bacarığı.
- Sürətli dəyişən mühitdə prioritetlərə və biznes ehtiyaclarına uyğunlaşmaq üçün çeviklik
- Fintech sənayesi və ya maliyyə xidmətləri sektorunda maliyyə uçotu və hesabatlılıq sahəsində təcrübəsi olanlara üstünlük verilir
Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi e-mail ünvanına göndərin.