İnsan Resursları və Əmək haqqı üzrə mütəxəssis

  • Avant Group MTK
  • Elanın qoyulma tarixi: 23.05.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vakansiyanın təsviri:

  • Qanunvericiliyin tələblərinə uyğun işçilərin işə qəbulu, əmək şəraitinin dəyişdirilməsi, işdən azad olunması və digər kadr proseslərinin sənədləşdirilməsinin təşkili və nəzarəti;
  • Məzuniyyət qrafikinin tərtib edilməsi, məzuniyyət əmrlərinin yazılmasının və qeydiyyatının aparılması;
  • Kadr kargüzarlığına dair sənədləşmələrin aparılmasının təmin edilməsi;
  • EMAS portalında və İSB-də əməliyyatların icra edilməsi;
  • İşçilərin aylıq əmək haqqlarının, gəlir vergisi və sosial sığorta ayırmalarının hesablanması;
  • Məzuniyyət haqlarının, xəstəlik vərəqəsi üzrə ödəmələrin, mükafatların və son haqq-hesab ödənişlərinin hesablanması 
  • İşçilər üçün bank kartlarının sifarişi və əməkhaqqı kartları ilə bağlı problemlərin həllində dəstək;
  • Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqqlarına dair əməliyyatların vaxtında və düzgün emal olunmasının təmin edilməsi;
  • Əmək haqqına dair müvafiq hesabatların tərtib edilməsi;
  • Əmək haqqına dair müvafiq sorğuların həll edilməsi;
  • İşdən azad olunan əməkdaşların son haqq-hesabların aparılması;
  • Dövlət orqanlarına aylıq, rüblük və illik hesabatların hazırlanması və vaxtında təqdim olunması;

Xüsusi tələblər:

  • 1C 8.3 ERP proqramında işləmək bacarığı;
  • Elektron portallarda işləmək bacarığı (e-gov, emas.sosial, e-taxes və s.);
  • MS Office proqramında işləmək bacarığı, o cümlədən yüksək səviyyədə Excel bilikləri;
  • Azərbaycan Respublikasının Əmək və Vergi Məcəllələrini yüksək səviyyədə bilməli;
  • Azərbaycan dilini (rəsmi yazışma dili) yüksək səviyyədə bilməli;
  • Ali təhsil (Maliyyə və iqtisadiyyat sahəsi üzrə);
  • Əmək haqqı hesablanması və kadr kargüzarlığı üzrə ən azı 3 (üç) il iş təcrübəsi;
  • Kadr kargüzarlığı haqqında biliyə malik olmalı;

Əlavə məlumat:

  • İş qrafiki: 5/2, 09:30-18:30
  • Nahar şirkət tərəfindən təmin edilir
  • Əmək haqqı1300-1500 AZN nett

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “İnsan Resursları və əmək haqqı üzrə mütəxəssis” yazaraq  e-mail ünvanına göndərilməsi xahiş olunur.