İşə qəbul üzrə mütəxəssis

  • Avant Group MTK
  • Elanın qoyulma tarixi: 04.06.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • İşəqəbul proseduruna uyğun olaraq kadr planlama və işə qəbul prosesinin formalaşdırılması;
  • Vakansiyaların təhlili, tələb olunan işçi sayının müəyyən edilməsi;
  • Mövcud vakant vəzifələr üzrə elan materiallarının hazırlanması, şirkətdaxili və şirkətxarici bütün mümkün kanallarda yerləşdirilməsinin təmin edilməsi;
  • İşə götürmə agentlikləri ilə tərəfdaşlığın qurulması;
  • Vakansiyalarla bağlı struktur rəhbərləri ilə işin təşkilinin aparılması;
  • Daxil olan CV-lərin qeydiyyatının aparılması, incələnməsi və vakansiyalara uyğun namizədlərin seçilməsi;
  • İşə qəbul testlərinin və ilkin müsahibələrin keçirilməsi;
  • İşəqəbulda dəyərləndirmə formalarının müəyyən olunması; 
  • İşə qəbul prosesini düzgün idarə edərək, yeni işçi barədə bütün məsul funksiyaların vaxtında məlumatlandırılması;
  • Şirkətdaxili işəqəbul və yerləşdirmə müddətində lazımı proseslərə nəzarət etmək;
  • Struktur dəyişiklikləri və ştat saylarının optimallaşdırılması zamanı sərbəstləşən işçilərin yeni ştatlara yerləşdirilməsi prosesini həyata keçirmək;
  • Sınaq müddəti planının hazırlanması və prosesin izlənilməsi;
  • İşçi axınının təhlili və potensial işçi bazasının yaradılmasını təmin etmək.
  • İşə qəbul fəaliyyəti və digər göstəricilər üzrə vaxtaşırı dəqiq hesabatların hazırlanması;

Tələblər:

  • Ali təhsil (İnsan Resursları üzrə bakalavr və ya magistr dərəcəsinin olması üstünlükdür);
  • İR sahəsində təhsil, təlim və beynəlxalq dərəcəli sertifikatlar arzu olunandır;
  • Bu sahədə 3-5 il təcrübə
  • Səlis Azərbaycan və Rus dili biliyi, İngilis dili biliyi - yaxşı;
  • MS Ofis programlarında işləmə bacarığı (Excel, Word);
  • Güclü ünsiyyət bacarığı;
  • Analitik düşünmə qabiliyyəti;
  • Nəticə yönümlülük.

İş Şəraiti:

  • İş qrafiki: 5 gün (şənbə, bazar istirahət günü)
  • Nahar şirkət tərəfindən təmin olunur
  • Əmək Haqqı: 1200-1500 azn net