İşin təsviri
Tələblər:
- Ali təhsil (maliyyə, mühasibat uçotu və ya audit);
- Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi;
- Mühasibatlığa dair cari qanunvericilik bilikləri (Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi üzrə);
- Yüksək səviyyədə kompüter bacarıqları (xüsusilə Excel), BTP, 1C;
- E-taxes, e-gov, e-sosial və digər portallardan istifadə etmək bacarığı;
- Mənfəət və ƏDV vergi bəyannamələrini təqdim edə bilməsi;
- Uçot əməliyyatlarını və mühasibat müxabirləşmələrini bilməsi.
- Riyazi və analitik bacarıq;
- Məsuliyyət və işində dəqiqlik;
Vəzifə öhdəlikləri:
- Aylıq, rüblük, illik vergi, DSMF və statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi;
- Əmək haqqı, məzuniyyət və son haqq-hesabın hesablanması;
- Vergi sahəsi ilə bağlı əməliyyatların icrası, bütün vergi hesabatlarının göndərilməsi;
- 1C mühasibatlıq proqramında operativ uçotun təmin olunması üçün müvafiq müxabirləşmələrin həyata keçirilməsi;
- Maliyyə hesabatlarının (MVHH, MZHH, PVHH) hazırlanması;
- Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqların vaxtlı-vaxtında və dəqiq icra edilməsi.
- E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi
İş şəraiti:
- İş qrafiki; 6 günlük.
- Keşlə qəsəbəsi- Məktəbli küçəsi 4 (227 nömrəli məktəbin arxasında yerləşir).
- Əmək haqqı : 1100 AZN.
Vakansiya ilə bağlı müraciət üçün uyuğun olan namizədlər CV formasını e-mailinə göndərə bilərlər və ya +994555085676 nömrəsi ilə əlaqə saxlaya bilər.