Aparıcı mühasib

İşin təsviri

Tələblər:

  • İqtisadiyyat, maliyyə və ya müvafiq sahə üzrə ali təhsil;
  • Mühasibat müxabirləşmələrini və uçot əməliyyatlarını mükəmməl bilən;
  • Mühasibatlıq sahəsində 3 ildən artıq iş təcrübəsi;
  • MS Office, İİKO proqramları üzrə qabaqcıl istifadə biliyi;
  • Azərbaycan və rus dillərində sərbəst, ingilis dilində orta səviyyədə danışıq, yazmaq və oxumaq qabilliyyəti.
  • Komandada işləmə bacarığı;
  • Analitik düşünmə qabiliyyəti;
  • İşi planlamaq bacarığı;
  • Gündəlik iş prosesində bilikləri müstəqil tətbiq etmək bacarığı.   

Öhdəliklər:

  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin uçotu registrlərində) düzgün əks etdirilməsini təmin etmək;
  • Rəsmi daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
  • Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsinə nəzarət edilməsi;
  • Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması;
  • Elektron Qaimə Faktrura, Hesab Fakturalarının işlənməsi;
  • Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması;
  • Kreditor və debitorlar ilə üzləşmələrin aparılması;
  • Ödəmə hesablarının hazırlanması və müştərilərə təqdim edilməsi;
  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin icra edilməsinə nəzarət sisteminin qurulması;
  • Vergi orqanına hesabatların hazırlanması və təqdim edilməsi (MDSS, ÖMV, ƏDV, Sadələşdirilmiş);
  • Statistika hesabatlarının hazırlanması və göndərilməsi;
  • Maliyyə hesabatlarının (MVHH, MZHH, PVHH) hazırlanması;
  • Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqların vaxtlı-vaxtında və dəqiq icra edilməsi.

İş şəraiti:

  • 5 günlük iş qrafiki;
  • Əmək haqqı: 1000-1300 AZN (namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə zamanı təyin ediləcəkdir).

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Aparıcı mühasib” yazaraq e-mail-ə göndərilməsi xahiş olunur.

Əlaqə nömrəsi: 010 232 91 19 

Shakespeare Coffee & Bistro tərəfindən digər vakansiyalar