Mühasib

  • Ecomag LTD
  • Elanın qoyulma tarixi: 20.05.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizəddən tələb olunanlar:

  • Rəsmi hesabatların (Vergi, DSMF, Statistika) hazırlanması (aylıq, rüblük və illik) və təqdim olunması; Bəyannamələrin ( ƏDV; 
  • ÖMV; Əmlak; Sadələşdirilmiş ) hazırlanması və göndərilməsi; 
  • Şəxsi hesab vərəqələrinin izlənilməsi və müvafiq tədbirlərin görülməsi; 
  • Bank və ƏDV depozit hesabında müvafiq əməliyyatının həyata keçirilməsi 
  • Müqavilələrin, elektron qaimələrin və hesab fakturaların tərtib olunması 
  • Qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtibi 
  • Debitor – kreditorlarla hesablaşmaların aparılması; 
  • Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması; 
  • Əmək haqqı, məzuniyyət haqqı və s. əmək haqqı ilə bağlı sənədlərinin hazırlanması, hesablanması və ödənilməsi; 
  • Aylıq ödənişlərin işlənməsi, uyğunsuzluqların araşdırılması 
  • Sosial fonduna yönləndirilən yığımların hesablanması, bəyannamələrin tərtib edilməsi və dövlət qurumlara təqdim edilməsi 
  • HR üzrə qanunvericiliyinə və normativ aktlara əsasən sənədlərin yaradılması və tədbiq edilməsi. 
  • SWIFT ödənişlərin aparılması,
  • Ümumi kargüzarlıq işlərinin aparılması,
  • Kassa əməliyyatlarının aparılması, mədaxil, məxaric orderlərinin yazılması. 
  • Xəzinəyə daxil olan nağd və nağdsız vəsaitlərin qəbul edilməsi.
  • Satış, qaytarma, təsərrüfat sifarişi, mədaxil, məxaric orderlərlərinin hazırlanması.
  • Digər müxtəlif kassa əməliyyatlarının həyata keçirilməsi.
  • Xidməti müqavilələrin tərtib edilməsi

Arzu olunandır: 

  • Gömrük işlərin idarə edilməsi, gömrük agentlərə rəsimləşdirmə prosesində dəstək olması.
  • E-tender portalından sərbəst işləmək qabiliyyəti     
  • Yaş həddi: 25-50

Bu sahə üzrə ən azı beş il təcrübəsi olan xanım namizədlərə üstünlük veriləcək.

Əmək haqqı: 500-800 Azn 

Ünvan: Abşeron rayonu, Masazır qəsəbəsi

İşləmək istəyən namizədlər qeyd olunan elektron poçt ünvanına CV-lərini göndərə bilərlər.