Mühasib

  • Digital Home
  • Elanın qoyulma tarixi: 16.05.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:  

  • Əmək haqqı, məzuniyyət və ezamiyyənin hesablanması;
  • ƏDV hesabatlarının hazırlanması və bəyannamələrin göndərilməsi
  • Vergi, Statistika, Məşğulluq və DSMF hesabatlarının hazırlanması və göndərilməsi;
  • Şirkət daxili gündəlik, aylıq və rüblük hesabatların hazırlanması;
  • İnternet Bankingə bütün növ əməliyyatlarının aparılması;
  • 1C 8.3 proqramında gündəlik istifadə edilən əməliyyatların daxil və nəzarət edilməsi;
  • E-qaimələrin hazırlanması,göndərilməsi və təsdiqi.
  • Debitor və kreditorlarla hesablaşmaların aparılması
  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında (həmçinin 1C proqramında) düzgün əks etdirilməsinin təmin edilməsi; 
  • Mənfəət bəyannaməsinin təqdim olunması.

İş şərtlərimiz:

  • Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır.
  • İş vaxtı:  9.00 – 18.00
  • İstirahət günləri: Şənbə və Bazar günü.
  • Ünvan: Bakı şəhəri, Əhməd Rəcəbli küç 2-ci paralel /15
  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə

Tələblər:

  • Təhsil: Ali təhsil (maliyyə və mühasibatlıq sahəsi üzrə)
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Office proqramlarında, əsasən EXCEL-də yüksək səviyyədə işləmə bacarığı olmalıdır;
  • Vergi qanunvericiliyi və Mühasibat uçotu sahəsində yüksək biliklərə sahib olmalıdır;
  • 1C 8.3 mühasibat proqramında sərbəst işləmək bacarığı zəruridir;
  • Dil biliyi: Rus dili bilənlərə üstünlük veriləcək;
  • Analitik düşüncə qabiliyyəti;
  • Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarığı;

Bizim komandaya qoşulmaq istəyən namizədlərdən xahiş olunur ki,  cv-ni "Mühasib" mövzu hissəsində qeyd etməklə elektron poçtuna göndərsinlər.

Digital Home tərəfindən digər vakansiyalar