Mühasib

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • İşçilərin aylıq əmək haqlarının hesablanması (xəstəlik vərəqələri, son haqq hesab, məzuniyyət, birdəfəlik müavinət, tabel və s.) 
  • E-qaimələrin hazırlanması, tənzimlənməsi, izlənməsi; 
  • Vergi, DSMF, statistika və digər hesabatların hazırlanması, təqdim olunması; 
  • Gündəlik mühasibatlıq əməliyyatlarının 1C proqramı vasitəsilə işlənməsi;
  • Bank ödənişlərinin hazırlanması, tənzimlənməsi, izlənməsi;
  • Kassa sənədlərinin hazırlanması;
  • Gündəlik mühasibatlıq əməliyyatlarının sənədləşdirilməsi;
  • Satış və debitor borc hesabatın hazırlanması;
  • Alış və kreditor borc hesabatının hazırlanması.
  • Maliyyə hesabatlarının hazırlanması bilənlərə üstünlük verilir.

Namizədə tələblər:

  • Yaş: 25-35
  • Cinsi: Kişi
  • Təhsil: Ali (Mühasibat sahəsində olanlara üstünlük verilir)
  • İş təcrübəsi: ən azı 2 il
  • Dil bilikləri: Rus dili bilmək üstünlükdür
  • Kompüter bilikləri: MS Office/Excel (əla),  1C: 8.3 
  • İşə məsuliyyətli yanaşmaq;
  • ACCA F3 (FA) sertifikatı olması üstünlükdür
  • Komanda ruhu, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf.

İş şərtləri:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • İş qrafiki həftənin 5 günü;
  • İş saatı: Həftə içi günlər 09:00-dan 18:00 kimi, 
  • Əmək Haqqı – 800-900 azn NET

Göstərilən tələblərə uyğun namizədlər öz şəkilli CV-zi mailin mövzu hissəsinə mütləq “Mühasib” qeyd etməklə (əks halda belə müraciətlərə baxınmayacaq) elektron ünvanına göndərə bilərlər. 

Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

Modern Construction Group tərəfindən digər vakansiyalar