İşin təsviri
Vəzifə öhdəlikləri:
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsini və ona nəzarəti, operativ məlumatların təqdim edilməsini, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib etmək və təqdim etmək.
- Müəssisənin illik büdcəsinin və tədbirlər planının müəyyən edilməsinin və mühasibat\maliyyə idarəetmə sisteminin təkmilləşdirilməsini təşkil etmək.
- Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik edir, tabeçiliyində çalışan işcilər tərəfindən vəzifə öhdəliklərinin icrasına və onların hazırlıq səviyyəsinə daim nəzarət etmək.
- Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu həyata keçirir. Mühasibat uçotu hesablarında onların hərəkətinin düzgünlüyünə nəzarət etmək.
- Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrası.
Tələblər:
- Ali təhsil;
- Sahə üzrə minimum 5 il iş təcrübəsi;
- ACCA – arzu olunan
- Analitik, liderlik, qərar qəbuletmə və məntiqi düşünmə bacarıqları
- AR mülki hüququ, əmək, maliyyə və təsərrüfat qanunvericiliyinin əsaslarını bilmək
- Müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinə aid olan sənədlərin və mühasibat hesabatlarının tərtib edilməsi qaydalarını bilmək
Ünvan – Yevlax
Uyğun şəxslər CV-lərini mövzu hissəsində “Baş Mühasib (Yevlax)” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər.