İşin təsviri
XÜSUSİ QEYD: Yalnız dövlət büdcəsindən maliyyələşən müəssisələrdə təcrübəsi olan namizədlərə baxılacaq.
Vəzifə funksiyaları:
- Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlərinin və əsas vəsaitlərin uçotunun təşkili, iş və xidmətləri yerinə yetirmək;
- Dövlət büdcəsi ilə hesablaşmalar, öhdəliklərin vaxtında ödənilməsi;
- Bank əməliyyatlarının aparılması, ödəmə tapşırıqlarının düzgün tərtib olunması, bank çıxarışlarının sistemə işlənməsinə nəzarət etmək;
- Aylıq və gündəlik daxili hesabatların, yuxarı təşkilatların, vergi və DSMF hesabatlarının hazırlanmasında iştirak və nəzarət etmək;
- Debitor və kreditorlarla hesablaşmalar, ödənişlər, aylıq üzləşmə AKT-larının tərtibi və nəzarəti;
- Vergi və audit yoxlamaları zamanı məlumatları düzgün və dolğun formada təqdim edilməsini təşkil etmək.
Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:
- Maliyyə-mühasibat uçotu üzrə bakalavr dərəcəsi;
- Müvafiq sahə üzrə minimum 7 il iş təcrübəsi;
- Yüksək səviyyədə kompüter və ofis proqramları barədə biliklər;
- Peşəkar mühasib sertifikatının olması mütləqdir;
- Tikinti sahəsi üzrə və dövlət qurumlarında iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
Müraciət etmə qaydaları:
Xahiş olunur CV-lərinizi 15 Dekabr 2023-cü il tarixinədək e-poçtun mövzu (“subject”) hissəsində “Maliyyə şöbəsinin müdiri – Baş mühasib” qeyd etməklə e-mail adresinə göndərəsiniz.
Diqqət: Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaq.