Mühasib (Şamaxı)

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Mühasibat əməliyyatlarının balans və balansdankənar hesablarda müxabirləşmələrinin düzgün və vaxtında verilməsini təmin etmək
  • Kreditin verilməsi və ödənişi ilə bağlı bütün müxabirləşmə əməliyyatlarının və digər zəruri işlərin icrası
  • Əməliyyat şöbəsi ilə qalıqların üzləşdirilməsi 
  • Mühasibat hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsini təmin etmək
  • Gündəlik mühasibat sənədlərinin çeşidlənməsini və qovluq şəkilində tikilməsini həyata keçirmək
  • Daxil olan, göndərilən məktubların qeydiyyat kitabının işlənməsi və məktubların müvafiq qaydada göndərilməsini təmin etmək
  • Arxiv sənədlərinin qaydalara uyğun olaraq çeşidlənməsi və arxiv işinin təşkli
  • Baş Ofis və filial rəhbərliyi tərəfindən tələb olunan hesabatların vaxtında icrasını təmin etmək

Tələblər:

  • Ali təhsil (mühasibat uçotu, maliyyə üzrə təhsil arzuolunandır);
  • Kompüter bilikləri;
  • Riyazi biliklər
  • Analitik zəkaya malik olmaq və müştərilərlə işləmək qabiliyyəti
  • Ünsiyyət qurma və komandada işləmək bacarığı

Əmək haqqı: 400-500 AZN +Bonus 

İş vaxtı: 09:00-dan 18:00-dək, həftə içi 5 gün.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV formalarınızı elektron poçt ünvanına və ya +994556776637 whatsapp nömrəsinə göndərə bilərsiniz