İşin təsviri
Vəzifə öhdəlikləri:
- Qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə uçotunun təşkil edilməsi;
- Vergi, Statistika, DSMF, Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi;
- Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
- Pul vəsaitlərinin hərəkəti və maliyyə vəziyyəti haqqında aylıq hesabat hazırlanaraq rəhbərliyə təqdim edilməsi;
- Əmək haqqı, məzuniyyət haqlarının hesablanması;
- Daxili nəzarət (audit);
- Vergi risklərini hesablamaq və rəhbərliyə bildirmək.
Təhsil və iş təcrübəsi:
- Ali təhsil (Maliyyə, iqtisadiyyat, mühasibat uçotu sahəsində olması mütləqdir);
- Baş mühasib kimi minimum 3 il iş təcrübəsi.
Tələb olunan bilik və bacarıqlar:
- Azərbaycan dili mükəmməl, rus və ingilis dili biliyi arzuolunandır;
- Komandada işləmə bacarığı olmalı;
- Aktiv, məsuliyyətli, stressə davamlı, işində dəqiq olan namizədlər.
Namizədə tələblər:
- MS Office, 1C, BTP, LOGIX mühasibatlıq proqramlarını, EVHF, vahid rüblük hesabatlarını, vergi məcəlləsini mükəmməl bilməli;
- Beynəlxalq mühasibatlıq bilgiləri olan (ACCA, F3 maliyyə uçotu sertifikatı olması əlavə üstünlükdür);
- Yaş həddi: - 27-45
Əmək haqqı - 1500 AZN+bonus %
Uyğun namizədlərdən CV-lərini “Baş Mühasib” başlığı altında poçt ünvanına göndərmələri xahiş olunur.