Direktorun göstəriş və tapşırıqlarına müvafiq olaraq, şirkətin fəaliyyətinin müəyyən məsələləri üzrə sənədlərin baxılmasında, öyrənilməsində, yığımında və təhlilində iştirak etmək
Direktora lazım olan məlumatları şirkətin struktur bölmələrindən, onun əmr və göstərişlərinin icraçılarından əldə etmək, zəruri hallarda, əldə edilmiş məlumatları ümumiləşdirmək, sistemləşdirmək və təhlil etmək
Direktorun keçirdiyi qəbulların, danışıqların, iclasların zəruri hazırlığını (o cümlədən, lazım olan materialların yığımı, referat və arayışların hazırlanması, iclasların təşkili və s.) görmək
Direktorun qərarlarının icrasına nəzarət etmək
Rəhbərliyin iclas təqvimini idarə etmək, düzgün şəkildə müvafiq iclasları təşkil etmək və görüşləri təyin etmək
Daxil olan və göndərilən sənədlərin aidiyyatı üzrə bölüşdürülməsini həyata keçirmək
Təqdimat və dövri hesabatların hazırlamasına dəstək göstərmək
Direktorun göstərişi ilə direktor köməkçisi səlahiyyətlərinə bilavasitə aid olan digər vəzifələri yerinə yetirmək
Davranış bacarıqları:
Güclü ünsiyyət bacarığı
Yüksək səviyyədə təşkilatçılıq və planlama bacarıqları
Operativlik və komanda ilə işləmək bacarığı
Problem həll etmə bacarığı
Vaxtın idarə edilməsi
Müsbət münasibət;
Güclü İş Etikası;
Konfliktləri həll etmə bacarığı;
Xüsusi tələblər:
Təhsil:Ali təhsil
Təcrübə:Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi
Komputer bacarıqları:Excel, Word, Outlook
Dillər:Azərbaycan-dili əla, Rus-dili, ingilis-dili yaxşı səviyyədə