Mühasib

İşin təsviri

Azərbaycan Coca-Cola Bottler şirkətində Mühasib vakansiyası elan olunur.


Vəzifə öhdəlikləri:

- Bütün daxil olan satınalma qaimə və fakturalarını qəbul etmək, nəzarət etmək və lazımi prosedurları həyata keçirmək
- Bütün tədarükçülərin açıq hesablarına nəzarət etmək
- Gələn qaimə - fakturalara əsasən ödəniləcək olan ödəmələrlə bağlı tədarükçülərlə danışıqlar aparmaq
- Bütün ödəmə sənədlərini hazırlayıb çıxarmaq
- Aylıq marketinq xərclərinin hesabını çıxarmaq
- Gündəlik olaraq banklarla əlaqə saxlamaq və daxil olacaq ödəmələr haqqında məlumat öyrənmək
- Uzun müddət ödənilməmiş borcların aylıq analızını aparmaq
- Şirkətin ödəməsi lazım olan borclarının, bank ödəmə tapşırıqlarının və digər köçürmə işlərini aparmaq
- Müəssisənin işlədiyi bütün banklardan alınan hesabları diqqətlə yoxlamaq
- Əsas vəsaitlərin hərəkətinə nəzarət, qaimələrin, aktların tərtibatını etmək
- Ezamiyyə hesabatlarını yoxlamaq
- Yanacağın uçotunu aparmaq
- Bütün kassa çekləri və digər mühüm sənədləri izləmək və nəzarətdə saxlamaq
- Kassanın inventarizasiyasında iştirak etmək
- Aylıq,rüblük və illik hesabatlar hazırlamaq
- Hesablamaların yoxlanılması və dəqiqliklə hesablar sisteminə köçürülməsini etmək
- Mühasibat sənədlərini düzgün tərtib etmək

Namizədə tələblər:

- Ali təhsil ( İqtisadiyyat və mühasibat sahəsində )
- Maliyyə-mühasibat sahəsində minimum 1 il iş təcrübəsi
- MS Office proqramlarını xüsusən Excel yüksək səviyyədə bilmək
- Yerli və Beynəlxalq mühasibat standartlarını bilmək
- SAP sistemi haqqında məlumatlı olmaq
- İngilis dili (əla), Türk dili (orta) səviyyədə bilmək

Mövzu sətrinə “Mühasib” yazaraq CV-ni

[email protected]

e-mail ünvanına göndərilməsi xahiş olunur.

 

Coca-Cola Azerbaijan tərəfindən digər vakansiyalar