Texnoloq

  • Avrora
  • Elanın qoyulma tarixi: 11.07.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:

  • Məhsul reseptinin hazırlanması və daimi nəzarətdə saxlanılması;
  • Məhsulun keyfiyyətinə aid sənədlərin standarta uyğun şəkildə hazırlanması;
  • Hazır məhsul göstəricilərinin standartlara uyğunluğunun yoxlanılması;
  • İstehsal avadanlıqlarının təmizlik planının və reseptinin hazırlanması;
  • Məhsul reseptindəki xammal miqdarının və sərfiyyatının nəzarətdə saxlanılması;
  • Məhsulun laboratoriya nəticələrinin analiz edilməsi, dəyişikliklərin nəzarətdə saxlanılması:
  • Laboratoriya nəticələrinə əsasən məhsul reseptinin yenilənməsi;
  • Hazır məhsulun standartlar çərçivəsində olmasının nəzarətdə saxlanılması;
  • İstehsal sahəsinin təmizliyinin nəzarətdə saxlanılması.

Tələb olunan bilik və bacarıqlar:

  • İstehsal prosesini bilməli;
  • İçki istehsalı sahəsi üzrə texnoloji biliklər;
  • Punktuallıq və detallara diqqət etmə qabiliyyəti;
  • Analiz etmə qabiliyyəti
  • Qərarvermə qabiliyyəti
  • Ofis proqramları ilə işləmə bacarığı;

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Ali təhsil (Qida mühəndisliyi, Kimya sahəsində); 
  • İş təcrübəsi: Qazlı və qazsız içki sahəsi üzrə minimum 3 il iş təcrübəsi 
  • İçki istehsalı üzrə iş təcrübəsi üstünlükdür

İş şərtlərimiz:

  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş yeri : Avrora Sənaye Parkı (Hökməli qəs);
  • Servis şirkət tərəfindən təmin olunur;

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Təlim və inkişaf imkanları;
  • Şirkət hesabına korporativ nömrə;
  • Tibbi sığorta paketi;

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Texnoloq” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

site.company_rating