İşin təsviri
Vəzifə öhdəlikləri:
- Kargüzarlıq tərəfindən lazımı şəkildə mühasibat sənədlərini mühasibat şöbəsinə təqdim etmək
- Mühasibat sənədlərini və qeydlərini düzgün tərtib etmək, onları düzgün hazırlamaq və saxlamaq
- Sənədləri arxivə yerləşdirmək
- Sənədlərin bazasının qeydiyyatını aparmaq və bazanı yeniləmək
- Sənədlərin sürətini çıxarmaq
- Sənədləri nömrələmək
- Sənədləşmə problemlərini və uyğunsuzluqları araşdırmaq, onları izləmək və itmiş sənədləri bərpa etmək.
Vəzifə üzrə tələblər:
- Ali təhsil (İqtisadiyyat, maliyyə və ya idarəetmə)
- Dil bilikləri: Azərbaycan (əla), ingilis (yaxşı), rus (yaxşı)
- MS Office programları üzrə biliklər (xüsusilə Excel)
- Yüksək icraçılıq bacarığı
- Operativ, dəqiq və təşəbbüskar olmaq
- Təşkilatçılıq və planlaşdırma bacarığı
- İnsanlarla fəal ünsiyyət qurmaq bacarığı
- Komandada işləmək bacarığı
- Problem həll etmə bacarığı.
Şöbə: Maliyyə inzibatçılığı
İş yeri: Baş ofis
Müqavilə müddəti: 3 ay
Maraqlanan namizədlər email ünvanına “Mühasibatlıq üzrə kargüzar” başlığı ilə müraciət edə bilər.
Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.