Şöbənin iş planının tərtib edilməsində iştirak edir;
Əmək haqqı və ona bərabər tutulan ödənişlərin hesablanması və uçotunda iştirak edir, rəsmiləşdirilməsi üçün təqdim edir;
Mal material uçotunun aparılmasına iştirak edir;
Əsas vəsaitlərin uçotunun aparılmasında iştirak edir;
İstehsal xərclərinin uçotunun aparılmasını icra edir;
Müəssisə balansının hazırlanmasında iştirak edir;
Rəhbərliyin və dövlət orqanlarının tələblərinə uyğun olaraq hesabatların hazırlanmasını və müvafiq qaydada təqdim edilməsini icra edir;
İnventarizasiya işinin təşkili və prosesdə iştirak edir;
Mühasibat sənədlərinin çeşidlənməsi, toplanması, saxlanılması, vaxtı bitmiş sənədlərin müvafiq qaydada arxiv işləri üzrə struktur bölməsinə təhvil verilməsi işlərini icra edir və müvafiq qaydada nəzarət edir;
Müəssisə daxili yaradılmış və mühasibatlıqla bu və ya başqa cür əlaqəli olan müvəqqəti və ya daimi fəaliyyət komissiyasının tərkibində iştirak edir;
Əmək haqqı kartlarının hazırlanması üçün sifarişin verilməsi və prosesə nəzarət edir;
Aylıq, rüblük, illik hesabatların vergi orqanlarına və DSMF-yə təqdim edilməsində iştirak edir;
İşçilərin əmək haqlarını və digər ödənişlərini hesablayır;
Ezamiyyət hesabatlarının proqrama işlənilməsi və yoxlanılmasını icra edir;
Digər təşkilatlardan daxil olmuş sənədlərin yoxlayır, müvafiq hesablar planına işləyir;
İlkin sənədlərin hesab sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirir;
Mühasibatlığa icra üçün daxil olan sənədlərin qanunvericiliyə uyğun olmamasının aşkar edildiyi halda struktura əsasən rəhbərliyə məlumat verir;
Şirkətə gələn mal alış deklarasiyalarının yoxlanılıb kompüter proqramına( 1 C ) daxil olunmasını icra edir;
Sifarişçilərdən köçürmə yolu ilə firmanın hesabına daxil olan ödəmələrin kompüter proqramına daxil edilərək gündəlik bank qalığının yoxlanılmasını icra edir;
Pul vəsaitləri və əmtəə-material qiymətlilərinin çatışmazlıqları və mənimsənilməsi haqqında sənədlərin tərtibində iştirak edir.
Mühasibat sənədlərinin çoxaldılması, tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada yerinə yetirir;
Müxtəlif mədaxil, məxaric orderlərı, ciddi hesabat blankları və s. rəsmi sənədlərin doldurulmasına və hərəkətinə nəzarət edir. (Ciddi hesabat blankları hesabat qaiməsi üzrə baş mühasibin və həmin hesabat verməli olan şəxsin imzaları ilə verilir).
Rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirir;
Ayda bir dəfə özünün vəzifə təlimatını təkrar oxuyur.
Səlahiyyətləri:
Şirkət rəhbərliyinin aidiyyatı qərarları ilə tanış olmaq;
Şirkətin digər struktur bölmələrinin rəhbərlərindən və mütəxəssislərindən öz səlahiyyətləri çərçivəsində lazımi məlumatları və sənədləri tələb etmək.
Bilməlidir:
Mühasibatlıq və uçot;
Mühasibatlıq şöbəsinin Əsasnaməsini;
Hazırki vəzifə təlimatını;
Mühasibat hesabının təşkili və hesabatın tərtibi üzrə yuxarı orqanların əsasnamə, sərəncam və əmrlərini, metodiki-normativ və başqa rəhbər materialları;
Müəssisə, idarə və təşkilatlarda mühasibat hesabının metod və formalarını, uçot və hesabatı, hesabatların plan və korrespondensiyasını;
Hesabat sahələri üzrə sənəd dövriyyəsinin təşkilini, sənədlərin rəsmiləşdirilməsi, təsərrüfat vəsaiti və onun hərəkətinin mühasibat hesabı sistemində əks olunma qaydalarını;
Müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin iqtisadi təhlil metodlarını;
Hesablama texnikasının istismarı qaydalarını;
İqtisadiyyatın, istehsalatın, əməyin və idarəetmənin təşkilinin əsaslarını;
Daxili əmək intizamı qaydalarını;
Vergi və əmək qanunvericiliyinin əsaslarını;
Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.
Məsuliyyət:
Yerinə yetirdiyi və nəzarət etdiyi işlərin vaxtında və qüsursuz yerinə yetirilməsinə görə məsuldur;
Hazırkı təlimatla nəzərdə tutulan vəzifə borclarının yerinə yetirilməməsinə və ya düzgün icra olunmamasına görə - Azərbaycan Respublikasının qüvvədə olan əmək qanunvericiliyi çərçivəsində;
Öz əmək fəaliyyətinin həyata keçirilməsi prosesində yol verdiyi pozuntulara görə - əmək müqaviləsinə əsasən Azərbaycan Respublikasının qüvvədə olan inzibati, əmək, cinayət və mülki qanunvericiliyi çərçivəsində;
Maddi ziyanın vurulmasına görə - əmək müqaviləsinə əsasən Azərbaycan Respublikasının qüvvədə olan inzibati, əmək, cinayət və mülki qanunvericiliyi çərçivəsində;
Cəmiyyətin maraqlarına riayət olunmamasına, konfidensial məlumatların yayılmasına görə - əmək müqaviləsinə əsasən Azərbaycan Respublikasının qüvvədə olan inzibati, əmək, cinayət və mülki qanunvericiliyi çərçivəsində;
Öz səlahiyyətləri daxilində vəzifə borclarını icra edir və bu səlahiyyətlərin yerinə yetirilməsinə görə məsuliyyət daşıyır;
Cəmiyyətin mənafelərinə zərər vura biləcək məlumatların və ya məlumat daşıyıcılarının digər şəxslərə verilməsinə görə məsuldur;
Ona həvalə olunmuş sənədlərin və əşyaların qorunmasına görə məsuldur;
Mövcud hüquqi aktlar əsasında və öz vəzifə təlimatında nəzərdə tutulmuş öhdəliklərinin yerinə yetirmədiyinə və şirkətə vurduğu zərərə görə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyət daşıyır;
“BUTA TRAİDİNQ” MMC-nin maraqlarının qorunmaması, müəssisə və müştərilər barədə sənədlərin (kommersiya sirrinin), məxfi məlumatın üçüncü şəxslərə açıqlanmasına görə məsuliyyət daşıyır.