Hərəkətli effektlər (Motion) üzrə Dizayner

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • 2D qrafika /animasiya və hərəkətli qrafik kompozisiyaların hazırlanması;
  • SMM postları üzrə qrafik və motion dizaynları hazırlamaq;
  • Sosial media şəbəkələri üzrə rəqəmsal postları və digər məzmunları dizayn etmək;
  • Müxtəlif kommunikasiya kanalları üçün qrafik kompozisiyaların uyğun ölçüyə salınması;
  • Son dizayn trendləri ilə işləmək və onlara uyğunlaşmaq;
  • Hərəkət qrafikinin köməyi ilə xüsusi məlumatları və mücərrəd fikirlərin vizuallaşdırılması;
  • Verilmiş təlimatlar və informasiya əsasında dizayn işlərini zamanında həyata keçirmək.

Vəzifə üzrə tələblər:

  • Ali təhsil;
  • Müvafiq vəzifə üzrə minimum 2 il iş təcrübəsi;
  • Rus dili üzrə biliklərə sahib olmaq;
  • Qrafik dizaynla bağlı sertifikat və ya kurs keçmiş namizədlərə üstünlük verilir;
  • Adobe Photoshop, Adobe Illustrator, Adobe After Effects və Adobe Premiere Pro proqramları üzrə biliklərə sahib olmaq;
  • Ünsiyyət qurma bacarığı;
  • Detallara qarşı diqqətli olmaq;
  • Yeniliklərə açıq olmaq;
  • Yaradıcı və məsuliyyətli olmaq;,
  • Verilən tapşırıqları təyin olunmuş vaxt çərçivəsində icra etmək bacarığı.

Maraqlanan namizədlər email ünvanına “Motion dizayner” başlığı ilə müraciət edə bilər. Müraciətə yenilənmiş CV və Portfolio mütləq şəkildə əlavə olunmalıdır.

Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.