Satış Təmsilçisi

İşin təsviri

Vəzifə və öhdəliklər:

Marketinq fəaliyyəti:

  • Rəhbərlik tərəfindən həyata keçirilən marketing planı əsasında supervizor ilə koordinasiyalı şəkildə yeni məhsulları təqdim etmək və mövcud olan məhsulların satışını gücləndirmək və inkişaf etdirmək.
  • Təcrübəsini daha da inkişaf etdirmək üçün daimi olaraq sənayə ilə əlaqəli araşdırmalar aparmaq və həmçinin müntəzəm olaraq həmkarlarına və pərakəndə satış təmsilçilərinə yeniliklərlə bağlı məqalələr və araşdırmalar göndərmək. 
  • Yüksək iş etikasına, məhsullar, prosedurlar və rəqabət haqqında üstün bilik məlumatına sahib olmaqla və bilikləri yaymaqla şirkətin peşəkar imicini saxlamaq.
  • Satış Menecerinə müraciət etməklə müştərilərin şikayətlərinə peşəkarcasına həll etmək.
  • Müştərilərin suallarına və sorğularına bilgili bir şəkildə cavab vermək üçün şəxsi məsuliyyət götürmək.

Satış fəaliyyəti:

  • Standart Əməliyyat prosedurlarına uyğun olaraq satış üsullarını tətbiq etməklə məhsulları bərabər şəkildə təqdim etmək və satmaq.
  • Aylıq hədəflərə uyğun olaraq təyin olunmuş ərazilər üzrə satış hədəflərinə çatmaq.
  • Gün ərzində minimum 15 ziyarətin tamamlanması,sənayedəki yeniliklər və problemlər barəsində müzakirələr aparmaq.
  • Sifarişlərin qəbulu, şirkətin qiyməti siyasəti cərcivəsində və ya müştəriyə xüsusi münasibət daxilində qiymət təklifləri və sorğuların hazırlanması, ödəniş şərtlərininin razılaşdırması və müştərinin dəstəyi ilə sifarişlərin yerləşdirilməsi üzrə satış müqavilələrinin bağlamaq. 
  • Qiymət siyahısından xüsusi endirimlər əldə etmək üçün Satış Menecerinə müraciət etmək.
  • Müştərinin ödənişlərini peşəkar və etik şəkildə izləmək.
  • Satış dövrünün tamamlanması (təyin olunmuş ərazidə bütün müştəriləri və potensial müştəriləri ziyarət etmək).
  • Alınmış malların satışını izləmək.

İdarəetmə/İnzibati fəaliyyət:

  • Xərcləri minumum səviyyədə saxlamaqla təyin olunmuş ərazidə vaxtı optimallaşdırmaq.
  • MMİ-ı doldurmaqla, yeniləməklə və təşkil etməklə hər hansı bir müştərinin tarixini, sorğularını və şirkətlə əlaqəsini izləmək.
  • Gündəlik fəaliyyətləri və nailiyyətləri haqqında gündəlik hesabat təqdim etmək.

İş üçün xüsusi şərtlər:

  • Bu, insanın hər an yolda olması lazım olan bir ərazi işidir.
  • İşin xüsusiyyətinə və daima ərazidə olmasına baxmayaraq həmişə e-poçtları yoxlamalı və daima əlaqədə olmalıdır. 
  • Bütün lazımi tədbirlərdə və sərgilərdə iştirak etmək.

İş tələbləri:

Təhsil

  • Bakalavr dərəcəsi və ya ekvivalenti
  • Magistr dərəcəsinin olması üstünlükdür

Dil bilikləri

  • İngilis və Türk dillərini bilməsi üstünlükdür

Tələb olunan proqram bilikləri

  • Microsoft Office və hardware istifadəsini yaxşı bilməlidir
  • Şirkət məhsulları haqqında geniş məlumata malik olmalıdır

İş təcrübəsi

  • 3-5 il

Sürücülük vəsiqəsi tələbi

  • B-BC kateqoriyası

Bacarıqlar:

  • Əla ünsiyyət bacarığı
  • Vaxt İdarəetmə bacarığı
  • Danışıqlar aparmaq bacarığı
  • Yaxşı təqdimat bacarığı
  • Tədqiqat  bacarığı

Qabiliyyətləri və şəxsi xüsusiyyətlər:

  • Mütəşəkkil olmalıdır
  • Güclü şəxsiyyət, lazım olduqda vəziyyəti idarə etməyi bacarmalıdır
  • Yeni anlayışlar öyrənməyi və həmişə ətrafdakı hərəkətlərdən xəbərdar olmağı bacarmalıdır
  • Stressli vəziyyətlərdə çıxış edə bilməyi bacarmalıdır
  • Öyrənməyə həvəsli olmalıdır.